Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber - Xarabadan Qeydlər (18+) | Текст песни

Komadakı insanın barmağını tərpətməyi kimidi qayıtmağım,
Güvəndiyim dağların qarı kimisən dost, amma ayılmadın!
Nə bu sistem yıxa bildi məni nə kritiklər, yox olur hamısı,
Bircə gün buraxın məni qəfəsdən sındırım onurğanızı,
Qan qusurduq töküləndə arabadan meyidlər,
Cəhənnəmə aparıram xarabadan qeydlər,
Onlar düz yol kimi baxır əyri tramplinə də.
S*xdum sizə də Benjamin Franklinə də.
Bu track şeytan qovan eksortsizm rituallar,
Mən "takka takka takka" eləsəm ritm alınar.
Yazıram mürəkkəblərindən, yazıram adilərindən,
Anasını diləndirənlərin pivə party-lərindən.
Bu qumarda oynuyuram mən öz kartlarıma uyğun,
Sizə elə paz s*xacam Avropa standartlarına uyğun.
Ona görə də sizlərə xarab adam deyirlər,
Mən cəhənnəmə aparıram xarabadan qeydlər.
Bilirsən düz gəlmir hər dəfə çəkdiyimiz xəritə,
Bəzən dostumuz oğraş çıxır, sevgilimiz ifritə.
Bəzən dil birdən çaşır düzünü deyir və qan düşür,
Ömrümüz keçir tıxacda, növbədə axşam düşür.
Həyatın yaxşı olacağına vəd vermişdi sinoptiklər,
Onlar qədərdi elə yalançı, saxtakar "çinovnik"lər.
Yanan ümidlər, arzular yanan piliqrimlər,
Renasansda yazarsız adımı heroqliflə.
Dünyaya gəlməyinə səbəb - uduzub mərci anası,
Lazımdı Texas qətliamı, Tomasın dərzixanası.
Cibində xərci qalası danışma varlı dayından,
Zəhləm gedir, necə manısların məhərrəm ayından.
Elə bilirlər itmişəm,
Karabini bir il basdırıb Okaberi diriltmişəm.
Tək qalmaq yaxşıdı, olmaqdansa bozbaş solist,
Necə ki, işsiz olmaq yaxşıdı, nəyinki oğraş polis.
Komadakı insanın gözlərini açmağını kimidi qayıtmağım,
Güvəndiyim dağların qarı kimisən dost, amma ayılmadın!

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
Нет видео
-