Okaber – Yalquzaq Lyrics
Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər,
Verilən boş vədlər deyil, yazdığım əsərlər.
Cənazələr cismində kesdiyim misralar mənim Kultum,
Son akkordları vurdum.
İnsanla tamam, ayrı, fərqli başqa varlığımız,
Ölümnən sonra dəyərli olma oxşarlığımız.
Xəstə jestlərim baş qəhrəmanıdır pyeslərin,
Başlıqsız sətirlərim başlığıdır manifestlərin.
Dostlar ən yaxşı günlərimdə hamısı yanımda,
Ən pis günlərimdə yoxdu yarısı yanımda,.
Həyat bir dəfə verilmişdi, ölüm bir dəfə
Addımlayırdıq mən bir də ölüm,ölüm birdə mən
İnsanlar anlamadı ki, ulduzlar onlara məxsus deyil,
Ruh azaddır gəlib, gedər ömürlük məhbus deyil
Şairlər məni seçdi, sətirlər məni sevir,
Mən sevirəm musiqini çünki, o möcüzəni sevir.
[Chorus]
Arxamda əcəl, önümdə məzar,
Mən qaçıram günahlardan uzaq.
Toxunma mənə, məni rahat burax,
Mən tənhalığı sevən yalquzaq.(x2)
Verse 2
O öyrətdi mənə, həyatın müxtəlif qolları var,
Qumar oynamaq istəyirsən.?
Qanuni yolları var.
Varlı var, milyonları bir oyunda karta gedir,
Fərqi yox, onsuz onun xoruzuda yumurta verir.
O elə körpə göstərdi mənə ki, hamı onnan iyrənir,
Ana qucağında indidən dilənmək öyrənir.
Var elə-belə deşilənlər, var damarı deşilənlər,
Var bahalı fahişələr,var divara işiyənlər.
Gənclik indi söz atıb, tanış olmağnan yarışır,
Yaş 30, hələ də bluetooth-nan qız tutmağa çalışır,
O göstərdi mənə, həyat yalan, nifrət doludu,
Hamı susub şəhər,kənd,oba,el səs eləmir axı.
Neftin bir bareli yenə filan qiymət oldu,
9 milyona bir barel bəs eləmir axı.
O məni fərqli yaratdı, boz ayda qurd dedi,
Beyinləri manqurt dedi, olanları yırt dedi.
[Chorus]
Arxamda əcəl, önümdə məzar,
Mən qaçıram günahlardan uzaq.
Toxunma mənə, məni rahat burax,
Mən tənhalığı sevən yalquzaq. (x2)
Okaber еще тексты
Оценка текста
Как вам текст?
1 out of 5
2 out of 5
3 out of 5
4 out of 5
5 out of 5
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2