Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber - Zibil Maşını ft. Sirat | Текст песни

Ey zibil maşını bir dayan
Sənə deyiləsi çoxlu sözüm var.
Ey zibil maşını bir dayan
Görməzdən gəlirsən sən zibilləri
(2x)
Ətrafımda çoxdur zibillər
Onları da gəl apar, apar özünlə.

Ey zibil maşını iy gəlir sənnən
Hər yeri təmizləyib özünü kirlədirsən.
Ey zibil maşını bugün işin çox
Hər tində bir zibil var
Hər tində bir zibil var.

İnsanlar qalsa ağlayın
Doğrunu elektrik stuluna
Həqiqəti karsa bağlayın.
Əvvəlini aparmısan,
İndi gəl sonu da apar.
Həyatımın qiymətini soruşma,
Gəl onu da apar!
Gəl aparma da insanların itən qürurlarını
Şahmat taxtası qalsın, apar fiqurlarını!
Gəl apar dörd divar arasındakı səssizliyi!
Apar bağırtıları, tənhalığı, kimsəsizliyi!
Despot siyasətin yalan oyunlarını apar!
Dişlərini ağardıb əl çalan qoyunlarını apar!
Apar təbəqələri, brendləri və markaları!
Apar kədəri, qəmi, sevgi, pul və sektaları!
Senzura qalsın bizdə sən apar avanturanı!
Apar debatlarda təriflənən diktaturanı!
Günah çantalarını daşıyan şeytanları apar!
Musiqimizə dəymə musiqili fontanları apar!

(2x)
Ətrafımda çoxdur zibillər,
Onları da gəl apar apar özünlə.

Ey zibil maşını sevgini də apar.
O bizə lazım deyil, bizim qürurumuz var.
Ey zibil maşını bir dayan.
Söylə nədən utanır sənnən çörək qazanan?
(4x)
Ətrafımda çoxdur zibillər
Onları da gəl apar apar özünlə.

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • Okaber - Zibil Maşını ft. Sirat Okaber - Zibil Maşını ft. Sirat
    Audio by Okaber performing Zibil Mashini featuring Sirat. ... +erco fly men haxsizlerin ...
  • ZIBIL MASINI ZIBIL MASINI
    Okaber - Zibil Maşını ft. ... Zibil mashini qeza toretdi Nobel prospekti Nargile diyilen ...
  • L-mir, Qaraqan,AiD,Okaber,A-team, R.G bir səhnədə ... L-mir, Qaraqan,AiD,Okaber,A-team, R.G bir səhnədə ...
    L-mir,Qaraqan, AiD, Okaber, A-team, R.G hip-hop is dead konserti. ... Okaber - Zibil ...
  • Okaber-Qara Quvveler (UN OFICCIAL Clip) Okaber-Qara Quvveler (UN OFICCIAL Clip)
    Okaber-Qara Quvveler. ... Okaber-Qara Quvveler (UN OFICCIAL Clip). Elik Abdullayev ...
  • Okaber - Aforoz (with Ali Khayyam) Lyrics Okaber - Aforoz (with Ali Khayyam) Lyrics
    Fb - https://www.facebook.com/lyricsofokaber Okaber - Aforoz (with Ali ... Men tanrini ...
  • Okaber - Paranoia Okaber - Paranoia
    Audio by Okaber performing Paranoia. ... arasdir sora deersen her kesin oz azad fikridi ...