verse: AiD) Xəyanət sabahı verilən gül dəstəsi kimi, səmimiyyətdən uzaq Danışmaq çətindirsə, gəl yazaq Sehirli baxışın kimi əllərin də varsa Al bu qış fəslin, əbədi döndər yaza
Unutmaq xəyal qurduğun gələcək səni etmədən məhv Son mənzil eynidirsə, niyə bu dəqər pillə edim dəf? Ayağım səhv, hər addım atdıqca, növbəti hərf Dəyişir alın yazımda, susur göylər çünki edir sərf
Yuduqca sən hər sahili Dəniz oldu sənət sahibi Gözü kor şairlər belə hiss edib sevər zahiri Bitəcək qanlı döyüşlər qəlbdə hisslər daxili
Dövranı yenə də sevməz əgər diriltsələr Sabiri Bu sevgi sağ idi onu yaşatmaqçün sən yarandın İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür Görəsən işlədərmi sevgililər həyatın sözün, Sevgilidən qabaq xəyanət etsə həyatın özü?!
(verse: TomRis) Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz
(verse: AiD) Yenə sən getdin, Yenə tək qaldım Tanış notların içində birdən yarandı səs Nə yaxşı dünən keçmişdə, bu gündə yanımda sən
Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən Həqiqəti tap misralarda mən əgər yalan desəm Qırılmış qəlb əlimdə göylərdən danışanda Dedi xəstəlikdir təklik al bu mələyi dərmandır sev
Edəndə hər an bəhs, içilən hər and əbəs Gedərdi sayılsa birgə yaşadığımız hər an səhv Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs Çatmasa diriltməyə məni bəsdi oyan canım desən
Bu qəlbi yaxşı tik sevginlə qorxma yaram dözər Uçmağa həsrət sevgimizi qanadların bəzər Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən Yenə də sevərəm olmaq sənlə mənə haram desə
(verse: TomRis) Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz
(verse: AiD) Pıçıltı danışmaq üçün bəs etmirsə Qələmim artıq kağızları isitmirsə Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz
Hərdən, səni incidəndə sevilmək Pərdəni, salıb arxamı çevirmək Tərk etsəm də bəlkə boşluq yaranmaz Get narahat olma bu yollar bağlanmaz
(verse: TomRis) Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanma