Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Orxan Zeynallı - Hekayem | Текст песни


2003 cü ilin dekabrı tanışlıq vaxtları,

Gözlərimiz bir-birimizdə tanışlıq axtarır

Biraz cəsarətsizlik, yəqin biraz uşaqlıq,

İlk gündə sadəcə baxışlarla özümü saxladım

Göndərdiyim məktub, cavab gələrmi görəsən?

Düşünürdüm necə yazım ki, dərhal sevəsən

Amma o vaxt indiki tək dolğun yazmırdım heç

Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec

Uşaqlıq, şirin günlər, beləcə keçirirlər

Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər

Bayramlar, gözləmək və hədiyyələr toplusu

Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu

İlk sevgi etirafı.. Yadımda dünənki tək

Cavabı gec verdin, yəqin dözər deyirdin

Bilsəydim necə sənlə dayanardım həminki tək

Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi...

Yenə sən getdin... Yenə tək qaldım...

Sənə olan sevgimdən bu gün son mahnını yazdım

Yenə sən getdin... Yenə tək qaldım...

Sənə olan sevgimdən bu gün son mahnını yazdım

Səni sevərdim əbədi ölüm olmasaydı

Amma əbədilik xoşbəxtliyə vermir zəmanət

Dünyanı tanımazdım doğum günüm olmasaydı

Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət

Noyabr 2006, ömürlük yadda qaldı

Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv

Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək

Sonra barışanda ayrılmamağa verirdi vəd

İçimdə o dövrdə yaradıcılıq yarandı

Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı

Problem yaranırdı, səbəb buna pis baxmağın

Yadımda YUG-da əlimdən tutub səhnəyə cıxmağın

“Bir HOSTçunun həyatında bəzi sözlər sənə tanış

2009, fevral, 21-i, soyuq qış...

Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə

Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış..

Yenə sən getdin... Yenə tək qaldım...

Sənə olan sevgimdən bu gün son mahnını yazdım.

Yenə sən getdin... Yenə tək qaldım...

Sənə olan sevgimdən bu gün son mahnını yazdım

Çoxu bilmir treklərimin hansı sənə aiddi

Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddi

Hərdən bağışlamıram sənə o addımıvı

Tulladığın məktublar uşaqlığımıza aiddi

Vaxt keçdikcə münasibətlər ciddiləşdi

Mentalitet araya girdi, hər şey sadələşdi

Amma səni həm də buna görə çox sevirdim ki,

Mənalı şeyləri mənasızdan ayırırdın

2010 a birgə girdik, o sevgi dolu səhərlə

Yadıma düşdükcə içim dolur qəhərlə

Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür

Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?!

Layiqli soyuqluğuvu gizlətdi mərhəmətin

Düşündüm ayrı qalsaq artar məhəbbətin

Amma ki, səni uzağa aparan o təyyarə

Yəqin ki, əsas səbəbkarı indiki söhbətin

Bəlkə bu ritualdı, ayrılıqdan yazmaq

Axı çox insan bu cür mahnılarla nəfəs alır

Gözüvün yaşını sil, istəmirəm kefivi pozmaq

Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır

Sevgi okeanında artıq sən adlı gəmim yox

Bil ki, sevgim olar xatirə, qəmim yox

Çətin yox, çox sadədi sonu bu əsərin

Sadəcə bir qız atdı bir əsgəri.....
- See more at: http://open.az/razvlechenija/klipy/102209-aid-h.o.s.t-hekayem-lyric.html#sthash.Wd5kPtu7.dpuf

Orxan Zeynallı еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1