Ailədə 3 uşaq idik, üçümüz də tez böyüdük Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək Zamanın təkid etdiyi bir hevesdi, Inanıb yaşlanıram, biraz olar gəldim işdən evə Bağışla, söhbətə heç vaxt salamdan başlamıram Piyada gəldim istədim biraz yağışda qalım Sən Allah! Bağışla halım pisdi biraz kefim də yoxdu sən deyən Hardasa artıq 18 ildi Sağ qonşum bərbər bax bu böyürdəkisə gizirdi Hərbi hissə var burda bayaq-topayla əsgərlər gəzirdi Gəl, çay süzüm bağışla ev də tör töküntüdü Tək qalıram səliqə, tək yaşayan kişini hürküdür Damım damır, evdə darıxmıram yağışçün Yoxdu deyə, qapım açıq deyil dost tanış çün 96cı ildən çəkirəm bu zibili Cəhənnəm xatırladar mənə Bakını Necə Hüseyn Cavidə Sibiri
Pəncərəmdən, görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərimdən, susaraq danışım həyatım eşidir məni Tək qalanda, bir otaqlı dünyamda 4 divar içində Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə
Ilk səsi eşidən kimi qaçmışdım çölə uşaqlar həyətdəydi Gözümə qürubun elçisi olan qırmızı şəfəq dəydi Əzrail üfüqdəydi, Gülləylə bir qanad çalıb Canın alıb doğmalarımın ölümü önümdəydi Güllər tək yetişən ailə 4 gülləylə yarım qaldı Qızımla qaçdım meşəyə o biri dünyada yarım qaldı Budaqlardan çiynimə tökülən qar əriyir qannan Alışmış evlərdəki nalələrdən əriyir damlar Mərd insanlar döyüşdə ölümə qərq insanlar İllərin ağrıların mücrülər tək qəlbim saxlar Əllərimi açıb yalvardım ay Allah dəyiş alın yazımı Əllərimin içində vurdular ayaqyalın qızımı Qalıb döyüşdüm iki il qaçmadım Azərbaycandan Heyif qaytarmadı itirdiyim canları aldığım canlar Soyadımı daşımağa biri qalmayıb həyatda bu da bir dərd (Heç kim qalmayıb) Adımısa bəlkə öləndən sonra daşıyar küçə ya məktəb