Verse 1: Sabahın xeyir Nil, bu gün hava 10 dərəcə Səmadan 1-2 damcı sevgi və yağış yağır Bilirsən, həyat bəzən qəddar olur son dərəcə Dərdə öyrəşdirsələr də, biz heç vaxt barışmadıq Gecələr sənin olsun, sən bəzən ulduzlar tək parıltılar içində, işıq saçan incə biri İnsanlar üzdülər bizi, onlarda yoxdu gerçək Od vurub gözlədilər, amma biz alışmadıq Sabahın xeyir Nil, Bakıda sərt küləklər əsir Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmədik Ayırmaq istəsələr də, qəlbin parçalarını Biz olmadıq təslim, keçər bu həsrət dedik Yatağın istidi yəqin, üstünü sevgiylə örtüb Qorudum yadlardan, ətrafında sevgilər hördüm Sənlə hər zaman susub heç vaxt danışmasaq da Sən məni anlayırsan, mən səni anlamasam da
Nəqərat[Tomris] Nil, ötür ömrün illəri Sənin ürəyin yaşadır məni. O günahsız barmaqların, Gecələr toxunur, oyadır məni.(2)
Verse 2. Sabahın xeyir Nil, bütün Bakı duyur ətrini İslanmış prospektdən keçib yəqin dərdli bir kəs Bu mahnılar da bir gün biləcək sənin qədrini Radioda səndən danışır bu gün şöhrətli bir kəs Məsafələr heçdir, xəritədə bir iki barmaq biz dünya boyda olsaq da heç vaxt öyünmədik Qırılan körpülərdən uzaq qaçıb tənha qalmaq Biz tənha rəqəmlər tək, ikiyə bölünmədik Axşamın xeyir, Nil yəqin ki tanıdın məni tozla dolu bu şəhərdə, heç kimə qarışmadıq Mahnılar qəmləndikcə, zirvəyə qaytarır məni Hər kəs bizdən danışdı, sən heç vaxt danışmadın İsidir sevgini bəzən, soyuqdan donmuş əllər Deyəsən qanadını əzdin səmalardan düşəndə Bu notlar sənə yad deyil, hər birini tanıyırsan Mən səni anlamasam da, sən məni anlayırsan
Nəqərat[Tomris] Nil, ötür ömrün illəri Sənin ürəyin yaşadır məni. O günahsız barmaqların, Gecələr toxunur, oyadır məni.(2)