Verse 1 Soyuq işıqların əhatəsində isti gözlər Bu gün sevgili olmaq üçün ən uyğun gecədi Bakal uzadanda toxunmaq barmağlara gizlincə Bu ilk baxışdan sevgi deyil əyləncədi Bu gün show`ya verdim play,hələki lirika stopda An etibarı ilə sən məni fəth elədin Axtar ürəyimi bəlkə tapdın mikroskopla Bədənim avqust kimi isdi,biraz meh istəyir Bütün sətrlərim yalan,indi bizə yaxın tavan Birazdan uçub açıq səmada eyləyərik davam Hələ açılmayıb,sərt toxunuşlar önə sərər axı Gözlərin tələ,üzürəm içimdə bərələmə Dram,bakalın içi qan,içirəm mary \"Dark horse\" səsi ilə keçib berry Batan şəhərdə arzuları birgə puç edərik Diqqətlə bax,qəlb bədənimə necə dəyir Chorus Yaxın dur,mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma,biləyim əsir nəbzim olur sənə görə sürətli Yaxın dur,bulanığ baxışlar axır üstümə Məni apar özünlə,dolanarığ sözünlə,bir günün ərzində dəyiş dünyamı Verse 2 Qulaq as misses,mən sözlə qidalandığım üçün mənə təsir etmir krizis Bİr anlıq dondum,mənə tanış gəlir üzün deyəsən,bir vaxtlar desktop`umda fondun Qəribədir,ardıcıllıq Bakıda varlı bədənlər kasıba getmir ki,birdən qan kirlənər Guya utancaq və kübar şairlərlə eşq yaşıyıb,ərə gedirsiz bankirlərə Mən dəfələrlə xoşbəxtlik almışam pulla,bax çekləri də saxlamışam yadigar Mən bilirəm nədir eşq ovundakı nişanlı olmaq,qadınlar gedir qalır ancaq mahnılar Səninlə var bir-neçə sətr lirik macera Mən kobud qollar ortasında keçir bilər incə an Yaşa,sonra hansısa maymağla my bağda Mənlə həyat ucuz amma şərbət kimi bax dadına. Chorus(2x) Yaxın dur,mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma,biləyim əsir nəbzim olur sənə görə sürətli Yaxın dur,bulanığ baxışlar axır üstümə Məni apar özünlə,dolanarığ sözünlə,bir günün ərzində dəyiş dünyamı