Söndür iPod-u, yandır dünyanı Bizin oyun bitdi, game over, bağlandıq Doğrudan da 3 ildir, sevginin ömrü Bizim sevgimiz öldü, bu işə yas saxladıq Sənə lazim deyil daha bu mahnılar Sən böyüdün bizdən, biz gocaldıq Sənə lazım deyil muqəddəs zirvələr Bakı indi daha hündür binalar ucaldır Bitdimi konsert? Say biletləri! Bölüşdür, nə qədər hansımıza qalır Axı bu deyildi bizim istədiyimiz Sözümüz sevinsin, istedik, sevildi səsimiz bakı günahlarını tökür Xəzərə Tanıyacaq məni bir azdan məni gəzənlər Doğma əzanlar, dinlə, bir də gəlmir Köhnə küçələrdən traktor, buldozerlər Mənim şəhəri qırır körpə qanadları Sən indi qalstukda, pencəkdə, əsl maço İşə düzəldin, cib pul qazanır Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır Köhnə kitabtək üstümüzə toz dolur Amma ən çətin günündə sənə dost olduq Çıxart posteri divardan əbədi Böyüdün braço, əlvida dost, C'est la vie
(Nəqarət) Harda itdi bizim arzularımız Nə vaxt bitdi nağıllarımız Sağalacaq mi qanadlarımız Daha isitmir mahnılarımız
(verse: Qaraqan) Sən artıq böyümüsən, indi Glamour Lady Dünənki H.O.S.Tçu isə bugün olub Mrs. Sexy Dünənki Qaraqan da bugün olub BlackBlood Həyat bizi məhv elədi, son gediş Şah-Mat Zaman dəyişdi, necə çatladir qayaları Qurudur dənizləri, dəyişdi elə bizləri Arxamca gəlmiyin, arxamca qəlmiyin Sizi ancaq azdıracaq mənim izlərim Mənim sərt hisslərim, içimdə davalar Payiz gəldi amma qayıtmadı Bakıya qarğalar Bu şəhər bizim deyil, buralar doğma qəlmir Saxla konduktor, mənim dayanacağim arxada Burada doğulmadım mən, burda ölmək istəmirəm Mən yaşamaq istəyirəm, dözmək istəmirəm Gözləmirəm ki, anlayasan məni Səni sevindirir mənim hər yeni səhvlərim Qırdıq səddləri hamı susan zaman Bizdən başqa kim varıydı ki, boş idi meydan Və səni hamı tərk edən zaman, təkliyən zaman Mahnılarımızdan güc alırdın, utan Siz evdən qovulanda biz açdıq qapımızı Biz dedik bütün şəhərə sizin dərdinizi Əlinizi tutub qaldırdıq ayağa Qorxma, yanındayıq deyib, itələdik qabağa Biz isə yıxılan kimi siz başladız gülməyə Tənqid dalınca tənqid, qəhramanı məhv etməyə Ayağa qaldırmaqdan bizdən üz çevirdiz Amma ki, bu döyüşlərə biz sizə görə qetmişdik Yaralı canavarı qovmazlar dəstədən Necə ki, qovulmur ailələrdən xəstələr Amma nankör millət başladı daşlamağa H.O.S.T dəyişdi, yıxıldılar, gəlin