Aylı gözlü, qara saçlı qadın, Bu gün sənə şer yazıram, Sən çoxmu yaşadın yalnızlığı? Danış mənə şairlərin lənətindən, Sən olmuşdun onların ilk qadını, Sən idin onların intiharı. Bilirəm bu gün çox kədərlisən, Bölüş mənimlə, təkliyinlə. Sən sevilirdin əsrlərlə, Bir az həssas bir az kövrək ürəklərlə, Qara saçlarında unudardım təqvimləri, Sən hamının və sən heç kimin! Görəsən neçənciyəm? Sən gələndə unudan öz varlığını, Mən qələmin birdə sənin əsirinəm, Siz olmasanız mənə lazım deyil adım. Necə utanmadan çəkərdim həzin nəfəslərini? Necə bölüşərdim minlərlə səni? Sən istəyirdin qalım səninlə, əbədilik, Amma səhər açılanda ilk sən gedirdin. Yadındamı buludlardan sonrakı "Bethoven" ay işığı? Və bir neçə musiqi birlikdə qəmlənmək üçün, Birlikdə sayardıq binalarda sönən işıları, Və şam işiğı qələmlə sevişmək üçün. Və bəzən əyləşərdik eyni masaya, Sən, mən birdə poeziya, Gözəl görünərdin öz ulduzlu libasınla, Və mən bir qadın kimi kiçilərdim qarşında. Və necə sevməzdim sabahlarımı, Ancaq qış gələndə uzanardı, qara saçların. Aylı gözlü, qara saçlı qadın, Darıxmışam.