Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Pranga - Ölsəm... bağışla | Текст песни

Ey baharın elçisi, Turan ellərin qızı,
Ayırdı əllər bizi, qocaltdı illər bizi
Məsafələr qurban elədi zamana qara tellərimizi
Saçların bahar küləyi, nəfəsin yazdı sənin
Barmağı mizrab, şanələrin sazdı sənin
Dərdin dərya, səadətin azdı sənin
Cavid özlədi, Pranga yazdı səni
Yenə yazdı doldurub qələmi xatirələrlə
Acı sözlərim dəyərdi xətrinə hərdən
Sənsə gülüb keçərdin
İndi elə ağrıdır ki özləmin görən ölsəm keçərmi?
Zülfü qızıl sarı qadın
Şəhriyarın qəzəli, Müşviqin tarı qadın
Yarı mələk, yarı qadın
Mənə gedənlərin yadigarı qadın
Unudacaqsanmı məni, bağlanacaqmı yaralar?
Ömürdən bahar keçər xatirələr saralar
Qış qonaq gələr, qapını şaxta kəsər
Sənində qızıl hörüklərin ağ qar olar
Mən kimə yar olaram, sənə kim yar olar?
Küçələr mənə düşmən, bu şəhər mənə dar olar
Qoparar məni səndən gedən o son qatar
Bu nəğmələr sənə məndən yadigar qalar

Verse - 2 (Pranga)
Gələmmədim, müharibələr bitmədi
Mən də başqaları kimi silahı atıb getmədim
Gedəmməzdim, öldürərdi vətən dərdi
Qaçıb gəlsəm anam südünü haram edərdi
Burda yağış dayanmır, küləklər bərkdi
Hamı təkdi, ölüm gecələr əl çəkmir
Səni heç unutmadım, bilirsən?
Hələ də mündirimin sol cibindədi şəklin
Əlvida, cavanlığımı kipriyindən asan qadın
Bulud gözlərindən ağladıqca yağır yağışlar
Bağışla, sənə məktub yazammadım
Yazmadım 'ölsəm bağışla'
Eşitdim evlənmisən... Məni niyə gözləmədin?
Vağzalı çalınanda gözün məni axtarmadı mı?
Niyə məktub yazmadın, niyə bir söz demədin?
Bir əsgər şəhid oldu o gün gedəndə qadını
Səni məndən aldı bu şəhər
Məni haldan saldı gecələr
İndi qardı Bakı, qardı küçələr
Dardı keçələr...
Nə səndən keçə bildim, nə vətəndən
Örtüb əlini qırışlar
Nə gələnlər qaldı, nə gəldi-gedənlər
Ölsəm bağışla...

( -Gəl gedək.
- Hara gedək? Sən heç bilirsən nə danışırsan? Bəs mənim atam, anam onlar necə olsun? Birdə ki belə iş tutaam məni ölüncə bağışlamazlar.
- Bəs mən səni bağışlayaram?)

Chorus (Lakonik)
Mənimlə gəl, sənsiz şəhər bu qədər boş olmasaydı
Görəsən yağardımı köhnə yağışlar qırılan çətirlərin üstünə?
Axı məndən küsməzdin sən nədən getdin axı canımdan
Başqa əllərmi isti gəldi saçlarına?
Ya başqa evlərmi ovutdu könlünü, ya başqa şəhərmi?

Pranga еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2