Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Pranga - Pranga - Carçı | Текст песни

Bura ölülər şəhəridir, bura cəsəd kombinatı,
Bütlər ilahiləşdikcə xalq olur zombi, yatır.
Bizsə hey bağırırıq, necə ki 37-də
Əhməd Cavad bağırmışdı - oyanın, Vətən batır !

(Müşfiq) güllələnəndə Dilbər nalə çəkdi, saçını yoldu,
Zəngəzur qan ağladı, Xocalı yandı, Laçın soldu.
Gəldiyimiz yer də, gedəcəyimiz yer də torpaq idi,
O qədər ağladıq ki, o torpaq da palçıq oldu.

Səsim titrədikcə sözüm silkələyər künc bucağı,
Fərman Mete, Dəli Yazar, Pranga - bermud üçbucağı.
Biz bilirik yatan xalqı yuxudan oyandırmağı da,
Gedənlərin dalınca bir siqaret yandırmağı da.

Bəşəriyyətin qanını içənlər şərabı haram buyurdu,
Hansı ki ol şərabla mən qanlı yaramı yuyurdum.
Yolumdakı zəncirləri qıram gərək, qıram, qıram,
Bu cılız bədəndə dünya boyda ruh daşıyıram.

Nəqarət

Gün gələr ruhum uçar, Vətənə cənazəm gələr,
Qoşulub ölüm karvanına Şəhidlərlə tən gələr,
Çağır sən, gələr ! Çağır sən, gələr !
Sözün bitib tükəndiyi yerdə Səmazən gələr.

İkinci hissə

Üsyanımız tükənməz, Şəhriyarın səsi kimi,
Füzulinin eşqi, Nəsiminin əqidəsi kimi.
Pranga yalnız gəlib, gedəndə yalnız gedər,
Batmazdıq əgər döyüşsəydik ağladığımız qədər.

Yığışdırın valentini, ritual, ayin, pasxalarınızı,
Bəsdir pul və qara qızıl ki, altı görünə maskalarınızın.
Yedilər içimizdən, gələn vurdu, gedən üzdü,
Bilin ki, erməniyə ağlayanlar ermənidən də pisdi.

Açın kəndiri, deyilsən diri, illər olub öləli,
Cismin azad ola bilər, hərgah ruhun kölədir.
Dedilər sətiraltı yazın, gəlməz onda özünə ziyanı,
Biz sətir üstü yazsaq qaytararlar repressiyanı.

Üzümdəki zəhrimarı silərsiz,
Öləndə mənə 21-ci əsrin Şəhriyarı deyərsiz.

Nəqarət

Gün gələr ruhum uçar, Vətənə cənazəm gələr,
Qoşulub ölüm karvanına Şəhidlərlə tən gələr,
Çağır sən, gələr ! Çağır sən, gələr !
Sözün bitib tükəndiyi yerdə Səmazən gələr.

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • Car Prang Car Prang
    Car Prang. Paul Eldred. SubscribeSubscribedUnsubscribe 00. Loading... Loading... Working ...