[Chorus] Dinlә ! Pranga yenә sәninlә… Edamımda soyuq külәyә, çәrxi fәlәyә, Qәmli ürәyә sözüm verdi tәsәlli, hisslәrim sәnә bәlli. Qulaq as ! Ümidlәrimә saxla yas… Mәzarımda çәkil qırağa, getmә uzağa, Tulla ocağa alışsın kağızlarım, qaytar mәnә payızları.
[Verse: 2] Nә gәmilәr uğurladım soyuq limanlarımdan, Nә yolçular qonaq oldu bu dәrvişin xanәsinә, Anladım ki, bu dünyada analar da qocalarmış ilk dәfә dәn düşәndә Validәmin şanәsinә. Qәlb evi şәms olan ol sәma mәnәm, yar, Hәr uşaq ölәndә biz dә onla birgә ölmәdik mi? Görmәdik mi gedәnlәrin bir dә geriyә dönmәdiyini? Eşitdim ki, deyibsәn, arada mәsafәlәr var, Gülüm, biz Yaradanı da görmәdәn sevmәdik mi? Әruz әsdi misralarıma, vәrәq rәmәlә boyandı, Üşüyәndә budaqlarıma alov düşdü vә yandım, Gedәnlәrin bir sәhәr qayıtdığını görürdüm, Elә o dәqiqә bağırdılar vә röyadan oyandım. Külqabım yaxşı bilir : – hәr gedәndә kimsә tütünü alışdırmışam Vә mәn qırışı kağıza, yağışı payıza qarışdırmışam, Qәlәmi danışdırmışam, Susanda anladım ki sәn demә mәn illәrdir boşuna danışırmışam. [Chorus] Dinlә ! Pranga yenә sәninlә… Edamımda soyuq külәyә, çәrxi fәlәyә, Qәmli ürәyә sözüm verdi tәsәlli, hisslәrim sәnә bәlli. Qulaq as ! Ümidlәrimә saxla yas… Mәzarımda çәkil qırağa, getmә uzağa, Tulla ocağa alışsın kağızlarım, qaytar mәnә payızları.