Pro-G: Gözlərivi bağla, sil yaddaşı, Sil dostu, tanışı, qardaşı. Söndür işığı, gözüm alışır... Gör nə görürsən ay yazıq... Mən önündə, məni anla, Mən getməyəcəm, mənə bağlan. Bil, yoxumdu sadəcə qalstukum, Amma təmizdi ürəyimin hər stuku. Uzağdan günəşin işığı vurur üzümə, Həyatdan zərbələr, mən isə dözürəm. Mən isə sözü də deyirəm üzünə, Əsəbləşdirirsən qalsa düzünə. Bilmirsən axı sən mübarizə iyini, Bilmərsən heç yaxşısını, pisini. Bilirəm, söhbətimiz isiniz, Sən pafosla olanda, mən oluram sinir...
Nəqarət: Dəyişir məni həyat (dəyişir!), Döoğmalıq artıq uzaq (uzaq!). Kimlərsə güc alır indi sözlərdən, Bilmirəm nə lazımdır həyatdan gözləmək
Tverk: Gözlərivi bağla, sözlərlə beynivə addım atdım, Səmimi gülüşlər və görüşlər də indi yaddı. Bacardığınca cəmiyyət arasına çıxma, tanıma, Və yaxın bildiyim dostların da adı çıxıb yadımdan. "Sevgi" və "Xoşbəxtlik" bu sözlər çoxdandır ki yaddı, Qəlbim buz, ürəyim daş, həyat pərdələrim bağlı. Dağılır bir-bir illərin tikdiyi kərpiclər, Gəl mahnıma qonaq ol, bu otağ sənin üçün, yan keçmə. Sözlər isti olsa da hisslərimə yağır qar Amma mən inanıram ki buludlar arasında günəş var. Bilmirsən, necə çətindir, girdiyin mübarizədən dönmək, Hə, uzaqdayam amma məndən oralara Salam göndər...
Nəqarət: Dəyişir məni həyat (dəyişir!), Döoğmalıq artıq uzaq (uzaq!). Kimlərsə güc alır indi sözlərdən, Bilmirəm nə lazımdır həyatdan gözləmək