I Verse: Pro-G a.k.a Karantin logikanı da qatar Nəqədər \"MC\" olsa belə yeni nəsil Atsei-siz batar Yatar, amma buna da baxmayaraq sayları da artar Birdə ki hərəyə də 1 rəqib, lazım olsa gedək mata Belə də mənə də hələ də elə də belədə rahat gəlir Amma gəlir vacib deyil, onsuz axır-əvvəl gəlir Hər il ənənəvi olaraq çıxır ortaya bir dəli Sonra söhbətlər, davalar, axırda tapılır həlli Mən bu işə başlayanda olmamışdı ortağım Rappərəm deyə əlimə, qoluma bağlamadım qolbağı Ürəyimin yerində V8-dik mator xoruldayır Mən əsəbləşəndə içdə, sirkələnirdi bayır İlk vorse-dən bu günə kimi bil çox iddialıyam Çoxu qəbul etməsə belə çoxunun idealıyam Nalıyam, gərək nalı başınnan mən nalıyam Mən hər sətirdə ayrıram, mən dinləyicin halıyam
Chorus: Nəqədər ki varam yaşayacaq yeni nəsil Biz çalışırıq rapə görə ildə 4 fəsil Rapnən isti ünsiyyət alınır məndə hər cürə Başa düşmədinsə onda elə sən də tərcümə
II Verse: Əslində ustad dediyiniz mənim üçün mənasız Boş-boş cümlə yedizdirirlər sizə təmənnasız Mən yenə də işimi görürəm əminəm mənə də çatacaq nə vaxtsa çağ Sizin isə əlinizdən yerdə sürünür balağ Bu qədər yazılar yazılır deməli mən düz eləmişəm bu işin təməlin Hələ bir hələ də mənə də elə də aydın deyil niyə qaldırır təmbəli Əlimə qələmi vurduğumnan bəri dayanmaq alınmır bilmirəm nədənsə Və də sən tələsə-tələsə əməlli özüvü nədənsə atırsan tələyə Bax bax bax, Sınıq efir-di dağ. Lazım olsa edərdik lağ Əlinizdən yerdə balağ , rapin bayrağını alağ Biz bəbələri bələyən, belədə bələk eləyən Elə yan bizə dəstək olur, olmur birdə eləyən Rapperlərə çətin gəlir, rhyme eləmək mənə asan Yəni basan deyiləm bankaya, səndə qulaq asan Xasam bu işə, bu işin içindəyəm, ona xasam Ona bağlıyam, amma rap üçün deyiləm Ded Xasan