Biz nəyin axtarışındayıq görən? Bu illər nə öyrədir və ya nələr alır bizdən? Uşaqlıq oyunlarımız oyunlardan reala dönür İndi həyat məcbur edir, deşik axtar qaç-gizlən! Nə qalacaq bizdən nə izlər, Ya da özünə qapanıb içini boşalda bilməyən sözlər? Mən 11 ildi qələmə dostam Və onbir ildi boşdur poçtam Yazıram cavab gəlmir Mən axtarışdayam Hə qarışda onu tapacağımdan əmin idim Amma yaş keçdikcə ümidim itir Labirintlər ortasındayam sözüm iti gündən gunə faydası nə Öyrədin qaydasını bəlkə həyat adlanan komediyada mən də rol aldım
qaçacam özümdən də gizlənəcəm o ağacın kolgəsində o ağacı özüm əkmişəm ya da çəkmişəm sonra silmişəm siz həyatı ciddiyə aldıqca mən oyun bilmişəm ikiləşmişəm bir tərəfim bağçaya gedəndə bir tərəfim gedib işə mən ən çox özümə gülmüşəm.