Sən bəlkə də bilmirsən, nədi diri ikən ölmək Sən bəlkə də bilirsən amma dinmirsən dinə bilmirsən Qulağına qonağam məni daha dərinə burax Bax gör nəyi sənə mən nəyi mənə sən verə biləcəksən biraz paylaşaq Keçdik içəri, mən çox içən deyiləm amma bəlkə birgə içərik Açarıq ürəyimizin dibini bir birimizi üzünə deyəsi sözlər var Sonra qulaqcıqların ipi dolaşar bədənə gedərək yuxuya dönərik yumağa Bu fikirlər apara bilər bizi hələ çox uzağa amma qorxusu yoxdu Yox yoxdu itirilə biləcək nələrsə qismət ümidinə buraxılanlardı Hər bir pislik içində də mütləq kiçik bir yaxşılıq vardır Bilirəm mən bunu mənə deyən olmayıb yox Bu çətin olsa da çox puzzle kimi hissə hissə yığmışam mən özümü Bəli beləyəm və bir gün məni tanıyan doya bilmir dadıma Amma ki, varam o kəslərçün düşüb yadına aparır qulağına məni
Chorus
Səsi məni qonaq elə qulağına Eyni mahnının sakiniyik indi Ya da al səsi Qoy heç kəs eşitməsin Bu mahnı sənindi (2 dəfə)
Bu mahnı sənindi, şəxsi otağın kimi Otaq eyni qalır amma rənglər dəyişir əhvalla və hər bir yaşda Bu mahnı dərindi, şəxsi otağın kimi Nəyi haraya gizlətdiyini səndən qeyri kimsə bilməz Hər sətirin xatirəsi bir başqa Bu mahnı sərindi şəxsi otağın kimi Hamıya istidir amma sənin havan sənin əlindədir Qulaqlarındakı qulaqcıq kimi Bu mahnı sənindir sən onu eşitmədən o bir işə yaramaz Onu sevdiyin geyim tək geyib yerinə as Zamanı gələnə qədər o qalacaq orda Və bir gün yenə də yararlı olacaq ancaq onda Anlayacaqsan ki, nədi dəyəri bu sətirlərin Mənim də bitici bir ömrüm var bitəcək geriyə qalacaq sətirlərim Və bilki hər dəfə playa basdıqca Mete geri gəlir Necə də qəribədir quruluş Bəli bəli seçimi playlistin edir Yox oluş ya da var oluş Sənin səs verən o əlindədir Və hər bir replay yenidən həyat verməyə bərabərdir
Chorus: Səsi məni qonaq elə qulağına Eyni mahnının sakiniyik indi Ya da al səsi Qoy heç kəs eşitməsin Bu mahnı sənindi (2 dəfə)