Açılmasın səhər (Nəqarət: PRoMete) Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən küçələrdə tək nəfər (x2) (verse: Qaraqan) Şəhər indi tamam boşdu Bu gecə mənə çox xoşdu Mən unutmuşam dərdi və kədəri Bu gecə şəhərin tək qonağıyam mən Gecə şaxtalı asfalt yaşdır Hamı yorğun qayıdıb evə işdən Amma mən gəzirəm, mən qaçıram Mən qanadlarımı açıb, uçuram göyə Qaranlıq gecə, döyünür ürək Sevinirəm lap uşaqtək Qaranlıq gecə, bomboş küçə Məni biraz bərk qucaqla Bu gün oyaq qalacam səhərə kimi Onun gözləri çıxmır ağlımdan heç İçimdə sevgi səhərə kimi Bu gecə gəldi ondan ilk sms (Nəqarət: PRoMete) Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən küçələrdə tək nəfər (x2) (verse: PRoMete) Hər nəfər keçər gecə fərqi yoxdu Əsas olsun bu küçə, bu şəhər Sıxsa da problemlər gündüzlər Gül üzə, çıx üzə gecələr Gecəni keçirdəcəm bu gün şəhərdə Gücümü yığıb, yaxa qurtaracam kədərdən Qulağa qulaqcıq, yeni bir tip Hip-Hop Yoxlayacam telefonun display'ində Hərdən ki, birdən bu mübahisəni boş bilib keçdin Əslində bütün bu olanlar bizim məhəbbətin fonunda heçdi Sadəcə sözümüz boğazdan keçmir Bəs edər deyib çıxmışam evdən Mən bilirəm, kobud oluram hərdən mən Amma dözülməzdi onun nazı da Cavabsız neçənci sms'i yazıram (Nəqarət: PRoMete) Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən küçələrdə tək nəfər (x2) (verse: AiD) Çəkilin, mənim bu gecə artıb hisslərim Göndərilənlər dolub, amma heç nə silmədim Gələnlər qutusu hələ ki, bomboş Boş gecəni pozur bu intizar Yadına indi sal, artıq 1di saat Yazacaqsansa, uzatma, indi yaz Telefondan səs, gecədən yeni nəfəs gəldi Ekrana adı, ürəyimə isə həvəs gəldi Oxudum hər cümləni təəccüblə Mən anladım, artıq niyə çürüdüm mən Gün başlıyandan niyəsə hər şey tərs gəlir Onun sevgi sms'i mənə səhv gəlib (Nəqarət: PRoMete) Açılmasın səhər Oyanmasın şəhər Boş qalsın yollar Mən küçələrdə tək nəfər (x2)