http://lyricstranslate.com Yığışdıq dostlaşdıq - hərflərlə baş başa Öyrənirdik dəydikcə - hər dəfə baş daşa Qrimdən dərimiz korlanırdı oynamalıydıq Axı biz aktyorlarıq - həyat ömürlük tamaşa Oynamağla bitmirki - gərək bəyəndirək də Maddi durum düzəlmirki - quru ürəy-dirəylə Amma hərdən kağız pulda olur aciz Yerlə yeksan olur hər şey bir küləylə Dost bil buralara gəlmək üçün çox diş tökdük çox dırnaq Rahat görünürük amma inanki elə də asan deyil ayaqda durmaq Sifətdə cırmaq çoxalır gündən günə sümürülür arteriyalar Ətraf anti-sanitar - zərərverici bakteriyalar Gücünü yığ, ayağa dur - olma hərkəsdən biri Seç ya tapdağ altda öləcəysən - ya əzab və diri Bizə çox az yol göstərən olub bu yollarda Çoxunu yıxıla-yıxıla öyrənib PRoMete və Miri
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır) Bura bakıdır burda nə dəbdə bu bəlli (bura bakıdır) Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır) Bura bakıdır burda bəndələr fərqli (bura bakıdır)
Elə-bil nə isə səhv gedir - küçələrdə toz dolu Sök-tik tik-sök - bezdirdik biz yolu Bəhs-bəhsdi bəlkə bəsdi no parking Yer yoxdu bu şəhərdə - hər kəsin bir rolu Hələdə uzanır əl hələdə ehtiyac boşdu cib Hələ də küçədə var tində bacada qıza sözə atan tip Təhsildən kitablardan xəbərsizlər - var hələ də var My brain is working, my heart is so deep Cəhənnəmini yaşamışıq biz - necədi cənnətin dadı Kiminçün cənnət bir loxma çörək - ya da ki daxmadı Baxmadıq hər çağıran səs qeyb olanda anladıq ki Etdiyimizə səhvlərə görə necə də axmağıq Hər bir şeyə qiymət qoyduğ - yaşamağa da vergi var Haqsızlıq çoxdu amma - namazlarda cərgə dar Ürəklərdə buzqabılar, qulaqlarda dəmir qapılar İnsanlarda indi içdə yaranan qəribə şübhə var
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır) Bura bakıdır burda nə dəbdə bu bəlli (bura bakıdır) Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır) Bura bakıdır burda bəndələr fərqli (bura bakıdır)
Şeytan bizdən çəkinir biz şeytanı da azdırarıq Xəyallar üçün küçədə qəbirləri qazdırarıq Bizə şərt qoyanın şərtin şumda kəsdirərik Gücümüz çatmayan yükü mətnlə qaldırarıq