Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Qara Dərviş - Yorğun | Текст песни

Uzaqdan ölümün səsi gəlir,
Mənsə,ona tərəf qaçmaqda.
Ulduzlar,ay qaranlıq saçır,
Mən elə hey yalan danışmaqda.
Tapdanmış bütün müqəddəslər,
Ədalət ölümü sevən yazarda.
Dinmədi,bitməz bu həsrət,
Od tutub yanacaq məzarda.
Yorğunam durğunluğumdan,
Kar oldum yalnızlığımdan,
Lal oldum susqunluğumdan,
Doymuşam haqsızlığımdan.
Çirkin vücudunda yuyundum sədaqətimdən
İyrənc yalanlarla dolu saxta təbəssümünlә
Yalanlar da belә iyrənib bəraətindən
Pak olmuş bütün çirkablar təkəbbürünlə.
Yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam.
Cəsədsiz qanlı kəfənəm, simasız baş daşıyam.
Allah küsmüş dirilərə, bezmiş ey fani insan.
Mən qibləgahsız, peyğəmbərlərin qarğışıyam.
Çirkin vücudunda yuyundum sədaqətimdən.
Yalanlar da belә iyrənib bəraətindən.
Yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam.
Mən saxta müqəddəslər tanrısıyam.
İllər sonra gözlərim gözünə baxıb, güləndə,
Qəlbinin içində gizli-gizli sızlayacaqsan.
Onda yenidən qayıdıb bir də ötən günlərə,
Mənsiz həyatına bil ki, ağlayacaqsan.

Qara Dərviş еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2