Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Qara KOlGE - Guc var (etiraf otagi 2) (2011) | Текст песни

Meni bağışla, padre...qaranlıq altar
Perdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə danışacam sirlərimi ilk dəfə..
23 ilimi geridə qoydum..
Neçə səhifə sətirlərimlə doldu..
Vərəqlərdə oldu şerlər və etiraf,
Etiraz deyil musiqi artıq ehtiras
Oldu sevənlər də, oldu tərk edənlərdə də
Oldu çətin sabahlar, çətin dünənlər də
Neçə sərkərdəni itirdik bu yolda,
Neçə tanımadığım adamlar oldu doğma
Çiyin çiynə biz qalxdıq bu səhnəyə
Bu pərdələr bildi nədi düz söz və qarğalar
Bu qanadlar çiyində, sətirlər, beyinlər
Hostçular, gənclərin həyat tərzi və geyimlər
Biz dəyişdik nə qədər çatdı gücümüz
Biz bunu bacardıq, bəs nəyi bacardız siz?
Biz çatdırdıq nə qədər çatdı sözümüz
Yaralandıq, amma ki, çökmədi dizimiz

Güc var, olsada yol uzun..
Güc var, bərkiyir ruhumuz
Yol tap, azad və sərhədsiz
Dostlar, qaranlığıma xoş gəldiz..

23 ili geridə qoydum..
Neçə günahım, neçə səhvlərim oldu
Padre, həyat oyundu həyat gülməlidi
Padre, hamı bilir ki, Romeo ölməlidi..
Padre, mən dəyişmişəm artıq qolumda güc
Qələm var əlimdə, mənə lazım deyil ülgüc
Mənə lazım deyil düz nədi ,səhv hanı
Mən özümün, öz həyatımın rəssamı.
Dərs alır hər uduzanda döyüşçü
Yıxılır durur, yenə yıxılır, sürünür
Zərbələr hər dəfə ağrılar azalır
Güc alır hər dəfə, yıxıldıqca güc alır
İtir qorxu gözündən, inanır özünə
O, artıq dözə bilir nə gəlirsə dözülməz
Və mənə dərs olur çəkdiyim dərdlər
Mənim həyatım, mənim qaralama dəftərim

Qara KOlGE еще тексты


Другие названия этого текста
  • H.O.S.T [QaraQan] - Guc var (etiraf otagi 2) (2011) (1)
  • Qara KOlGE - Guc var (etiraf otagi 2) (2011) (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1