Verse 1 Qəribədir hərəsidə bir tərəfdən gəlirlər kəlam, qələm, səs həvəsinə Mənim əvəzimə küləklər kimi əsib istərlər məni əzsinlər, tələsirlər Təzəsinə şərabın verərlər, 2 köpük qədəhinə, necə istər bəzəsinlər Mənə deyiblər ki; gəldinsə silah ilə vurma çiyinə qola vur tam təpəsinə Qələmimin ucu iti gizlənin itim kimi tapar xəstə quduzdu qapar Çənənizi bağlayın ayıb olub, birdə camaat içində mənə demiyin “ata” Əlinizi şişirdərək mənə göstərmiyin gücünüzü, siz odun, mən balta 2 ildi gedib səsim, amma qalıb atalar sözüm; “Qaraqan mindisə çapar” Səbəbi, nə qəzəbim, bu ki, deyil qəzəb kimi əsəbdir ki, təbiət zəlzələsi hə Hərənizi sərib bir ipə, qurulayıb, ütülərik, bitirib keçərik təzəsinə Sənin kimiləri yeddi il, amma mənim ayıma biri gələr də bəzən həftəsinə Sizin hələdə bakirə bildiyiniz səhnələri neçə il əvvəl açmışam pərdəsini Əlinizi çəkin dizlərinizi kimi dolu kir tonu hin toyuğuna diss gəlir Hamınızı bir gözünə bu tərəzinin qoyub o biri gözünə qoyaram bir sətir Sizin underground zirzəmi gizlənin, elə oradır deşiyi sizlərin Sizə demişdilər; Qaraqan gəlir, amma deməmişdilər ki gələndə biraz pis gəlir Verse 2 Gənə dərisinə yapışar qanı çəkər dartsan çıxmaz onu lazımdır kəsmək Salıb hərəsidə ağzına beş-beş-beş ay bala biçmək üçün lazımdır əkmək Sizin dilinizi uzadıblar, söyüşlərinizi vaxt çatıb çənənizə tikmək Və su pərisinin ayaqları çıxıbsa, o demək deyil onu lazımdı… Sizi səliqəli-səliqəli bağlaram, basdırıb Quran oxudub ağlaram Hər sətirlər girirsə sizə çətin, onları yaxşıca-yaxşıca yağlaram Nə qədər borcum var dağlara, amma sizlərə yox bir qəpikdə Biz meşədəki ən qalın palıdlar, siz küçədəki kollar,kötüklər Təriflədim hərə bir tərəf çəki gətirərək əlini qolunu rahat sərələdi Gərək elə sənin əlin oda girə, yandıra, yana-yana deyəsən: – Dədə, səhv elədim Hərənizə bir nar çubuğu verdim, fikirləşin gör neyləməy olar onlarnan Deyib getdim gələndə nə görsəm yaxşıdı, çubuqlar hələ də dartar dallardan Olmuyacaqsız kişi şalvarnan, törəməz heç vaxt, canavar çaqqaldan Cəsarət olmuyacaq saqqalnan, qarışdırmıyın döyüşçünü bakkalnan Sizin qılınclardan kəsərli bizim köhnə bildiyimiz ən küt qalxanlar Mən qarğa bu 300 ildə çox gördüm sizin kimi sinəsinə döyən bala qartallar Nə qədər ki, qələmim əlimə balta, mən bu meşələri doğraram, odun bağlaram Ona-buna diss yazmasın, bala mənim qəbuluma gəlsin ölümünü axtaran Vəhşi aslanları, pələngləri əhliləşdirib pişik edib bağçamda saxlaram Sizin kimi şairlərin uzun dilini dodağına tikəcək iynəni saplaram1