Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Qaraqan - Heyatin Qanunlari | Текст песни

Həyatın Qanunları (verse: Qaraqan)
Mənə dedilər rap yaz - rap yazdım
Mənə dedilər hit yaz - hit yazdım
Mənə dedilər dərs oxu - oxudum, beyin
qırışlarıma bilik toxudum
Mənə dedilər ver imtahan - verdim Mənə dedilər diplom al - ala, aldım
Mənə dedilər al təzə geyimlər
Nələr ki, dəbdədi, lazım elə geyinmək
Mənə dedilər pul tap - pul tapdım
Mənə dedilər qız tap - allatdım
Mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə (Nəqarət: Qaraqan)
Bu həyatın qanunları, necə sevirəm
mən onları
Bu həyatın qanunları, yox olur bir-bir
arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər
valideynlərim, bir də qohumlarım (verse: Qaraqan)
Mənə dedilər gəl əsgərlikdən
Gəl səni tanış eləyək Ələsgər əmiylə,
Atanın dostu, yerlisi, qohumu
Başda işləməyə - baş üstə, oldu
Mənə dedilər maaş gətir - verdim Mənə dedilər saçın uzun - kəsdim
Mənə dedilər qonşunun qızı var, bax
ona - baxdım, sonra nişanlandım
Mənə dedilər maşın al - Tofaş aldım
Mənə dedilər döymə - başa saldım
Mənə dedilər ev alaq, evləndirək - qızla yatmaq üçün hamını borca saldım
Mənə dedilər toy elə - evləndim
Mənə dedilər döz bala - nervləndim
Mənə dedilər qız ver ya oğul - beynimə
saldım, soxdum, doğdu (Nəqarət: Qaraqan)
Bu həyatın qanunları, necə sevirəm
mən onları
Bu həyatın qanunları, yox olur bir-bir
arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər
valideynlərim, bir də qohumlarım (verse: Qaraqan)
Mənə dedilər pul qazan - qazandım
Dedilər qızıl al - aldım, aldım
Mənə dedilər qızına pul ver,
Oğluna maşın al, evləndir, yola sal
Mənə dedilər qocalırsan - qandım Mənə dedilər keç otağına - keçdim
Mənə dedilər kəs səsini - kəsdim
Mənə dedilər süz - süzdüm, içdim
Mənə dedilər sat evi, böl pulu
Bu qızına cehiz, bu da ki oğlunun
Mənə dedilər sakit ol, danışma Sən qoca, bilməzsən səhv nə doğrudu
Mənə dedilər bax seriala - baxdım
Mənə aldılar təsbeh - fırlatdım
Xəstələndim, dedilər döz - dözdüm
Bezdi həkimlər, dedilər öl - öldüm (Nəqarət: Qaraqan)
Bu həyatın qanunları, necə sevirəm
mən onları
Bu həyatın qanunları, yox olur bir-bir
arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər
valideynlərim, bir də qohumlarım


Qaraqan еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1