Məni bağışla, padre...qaranlıq altar Pərdə arxasından etiraflarımı dinlə Müqəddəs ata, bu kilsədə ilk və son dəfə Danışacam içimə bağlı gizli, böyük sirrlərimi 20 ilimi geridə qoydum göz qırpımında İncə uşaq, sərt qalaya döndü Dirək axtarırdım, başqalarına dirək oldum Məcbur oldum, həyat oyunu çox cığaldır Saçıma çəkilən hər sığalda anamı tapdım özümə rəfiqə seçdim.Günlər keçdi beləcə Arzularda velosiped də qaldı, yox idi onda imkan Çox dalaşdı atam anamla Qapının önünü mən pusurdum O vaxtdan yarandı vərdiş, hamı danışır Mən susurdum. Uşağı həkimə göstərin, bəlkə sinirləridir xəstə? Hamı əllərində çiçəklərlə gəzir dəstə-dəstə Qaraqan ağlayır qıraqda. Qaraqan dərd çekir. Təzəcə başlamış bu uşaq həyata necə də xətt çəkir. "Nəyə görə hamı oynayanda oturur arxada?" "Nəyə görə məktəb, ali-məktəb arxa partada?" Nəyə görə "sevgi" sözünü eşidən anda gözü qaçır? Neye görə qanıqara?. Hamı eyni mövzu, eyni suallarla Bezdirəndə qaçıb, dəniz sahilində Dizimi qucaqlardım, indi həmin günlər uzaqlarda Uzaqlarda nargin,yanır-sönür mayak 1 az sakitləş.nəfəsi saxla.10a qədər sayaq Məni bağışla, padre.qaranlıq altar Pərdə arxasından etiraflarımı dinlə Müqəddəs ata,bu kilsədə ilk və son dəfə Danışacam içimə bağlı gizli, böyük sirrlərimi Deyirlər:Pul deyil əsas, onunla xoşbəxt olmaz Deyirlər:İnsan elə bir varlıq, heç vaxt gözlər doymaz Deyirlər:Sevgi olan yerdə, Qürur xəstəlikdir İçimə doldu payız xəzanı yenə də yaşadım arzularda Üstəlik mənim də gizli hisslərim gizlənib Neçə bina damından ulduzlara baxıb, gözlədim İstədim sevgilim olsun mənimlə eyni düşüncələrə sahib Yarı sözdən anlayaq bir-birimizi Çox ürək də qırıb, getdim Göz yaşları töküldü....-səbəbi mən Hərdən oluram əsəbi mən, hərdən içimə qapanıram Hərdən intihar arzuları biləkdə iz qoyur. Hərdən Allahın qarşısında QaraQan diz çökür Və Sanki xeyri yoxdur dualar da Sanki, boşdur həyat filmi Maraqsızdır.bu nə bəladır?Bu nə cür işdir? Uşaqlıqdan arzum olub rəssam olum Amma bu gün rəssam olmaq istəyən acından ölür Xaraba dünya.Dərəyə yıxılan araba dünya Qəribə dünya..burda Hamı quldur,təkcə Xəlifə dünya. Əlinə, düny