Həyat qəribədi, mən lap qəribəyəm Həyat dərs, mən dərsdən qaçan tələbəyəm Sən müəllimsən, mənə öyətdin yalanı Bu tilsim, bu hisslər saxladı zamanı Bakı oldu oyuncaq şəhər, biz uşaq Həyat karusel, əyləncə, tamaşa Sən mənə öyətdin səbəbsiz gülməyi Mən sənə öyətdim dəli kimi sevməyi Həyat qəribə idi, biz lap qəribə idik Həyat dərs, biz dərsdən qaçan tələbə idik Gündüzlərdən isti idi bizim gecələr Cümlələr bir sözlük, sözlərimiz hecalar Mahnılar daha doğma, ruhumuz daha təmiz Susurdu dodaqlar, danışırdı gözlərimiz İndiki hisslərimiz ərimiş şam kimi Tapdaladın məni, qucaqladım izlərini...
Kağız gəmiləəər, necə tab gətirsin bu qədər böyük dalğalara Batanda kağız gəmilər, uşaqlar başlayır onlara baxıb ağlamağa Sən də ağladııın, son məktubunda yazanda "sevmirsən məni" Mənim də qəlbiiim sənin dəniz gözlərində kağızdan bir gəmi...
Həyat qəribə idi, biz lap qəribə idik Biz uşağ idik, sadəlövh körpə idik Həyat aldadır, biz necə inanırdıq Axı deyirdi dostlar, esl sevgi nağıldı Biz arzu sahilində qumdan saraylar tikirdik Bütün dünyanın acığına ürəkdən sevirdik Təyyarələr ayırırdı, yollar ayırırdı Uçurumlar arasında ipək körpülər çəkirdik Biz inanırdıq və bu inam bizi aparırdı Güc verirdi ümidlər və sevgimiz dayanırdı Pul, valideynlər, sərhədlər, qadağalar Biz uçurduq göylərdə, onlar aşağıda qalırdı Yadına gəlir? düzəltmişdik kağızdan gəmi İçində yazıb " sevirəm mən, sevirəm səni" Buraxdıq dənizə ki, o üzsün əbədi Amma gələn ilk dalğa batırdı gəmini...
Kağız gəmiləəər, necə tab gətirsin bu qədər böyük dalğalara Batanda kağız gəmilər, uşaqlar başlayır onlara baxıb ağlamağa Sən də ağladııın, son məktubunda yazanda “sevmirsən məni” Mənim də qəlbiiim sənin dəniz gözlərində kağızdan bir gəmi...