Bu vaxta qədər yazdığlarımı unut, dost Mən ölmüş sədəflər topladım quru sahildən Arxamca qoyduğum ləpirləri izləri poz Məni anlamayacağ vicdansızlar, cahillər Bu vaxta kimi açdığım qapıları bağlar.. Ruhum qışqırırdı dünyaya, indi səssiz ağlar.. İndi gizlətməy vaxtı şeirləri hər çirkli əldən.. Bu gündən onlar üçün Qaraqan lal, onlar kar.. Bu vaxta qədər yazdığlarımı unut, dost Bu cümlələr olmayacaq sənə həyatda kömək.. Axı vicdan çox pis bir xəstəliydi ondan qorx.. Bu pilləkənlər qalxır yuxarı və olmur enmək Və yoxdu pul və xoşbəxtlik bu qanlı sətirlərdə Sən tapa bilməyəcəksən xeyir bu sətirlərdən Və yalnız bir həqiqət anladım iyirmi beş ildə Bütün insanlar satılır, fərq yalnız sıfırlarda.
Bu vaxta qədər yazdığlarımı unut, dost Şeirlər xilas eləmir dünyanı, bunu anla Mən onlara gətirdim bir neçə seçilmiş söz Onlar tullayıb sözləri yapışdılar məndən.. Sən bu insanları hələ yaxşı tanımırsan, dost Onların xislətində düyünlənmiş şər və iblis.. Mən Allahın axtardım izlərin bütün yollarda.. Amma ki, yollar qum, yollar çirk, yollar toz.. Mənə olan sevgini böl və payla yaxınlarına Doldur acgöz gözlərinə və doldur qarınlarına.. Qurban ver onlara məni və söyüb yanlarında Onları qaldır göylərə, məni et heçnə, toz Onların qürurlarını sığallayıb təriflərlə Danış güclərindən və vurğulayıb məntiqlərini. Məni öldür və vəsiyyətimi saxla yadında Mən bağışlayıram düşmənlərimin günahlarını.