Salam, Tanrı, neçə vaxtır buralara gəlmirəm mən bilmirəm haradan başlıyım helə başlıyacam əvvəldən o tər-təmiz illərdən nə vaxt ki qəlbim günahsız ən yaxın dostlarımla bu məscidə gəlirdim mən
zəif və gücsüz dizlər çökərkən dualarda qıldığım hər namaz çəkdiyim hər səcdə yadımda yadımda səni görmək arzular və dərin hisslər mən onda dəqiq bilirdim ki, kimi yaxşılar kimdi pislər
uca Allah indi hisslərimdə məftillər və qan mənim içimdə indi dustaq yatır yaxşı insan güzgüdən baxan adamda deyil artıq mənim əksim titrəyən dizlərim günahlarıma bağırır təslim
səndən də gəlmədikcə səs ya mən eşitmədikcə daşlandıqca ruhum vicdanım iradəmi əzdikcə hər əsdikcə payiz küləkləri gəldikcə əzan tüklərim biz-biz durur dözmək çətin demək asan
kimlərə çevirdi zaman və bu acı üsyanlar sən demə doluymuş çirkabla həyat çirkab insanlar sən demə doluymuş yalan ətrafım nifrətlə yaxınlarım gözlüyürmüş yıxılmağımı həsrətlə
belimi sındırsalarda kəssələrdə əllərim ancaq sənin qarşında çökəcək mənim dizlərim və rəng-bə-rəng adamların üstünü örtükcə qar baxıram ətrafıma səndən başqa de kimim var
uca Allah göndər səmadan mələk qurtar məni bu bədən ruhuma zindan sağlıyır dustaq məni burax məni mən artıq öyrəndim gəzməyi Allah və nə vaxt yıxılsamda biləcəmki, günah mənim, sınaq mənim mən özüm dözməliyəm bunlara Tanrı sınaq mənim mən özüm tanımalıyam insanları vicdanların taparaq dərinlərdə hardasa icdə mən bilirəm çirlki qəlblərində hər bir Mələk gizlər
ay Allah keç günahımdan mənim valideynlərimin bağışla yaxınlarımı, dostlarımı, bağışla məni bağışla millətimi və bağışla bu avam xalqı onlar bilmir neyniyir qulaqları kor gözlər baqlı və əyər çıxacaqsa içlərindən bircə insan bircə insan anlasa ki, icində var təmiz vicdan cəmi bir nəfər ürəkdən inanacaqsa sənə, mən biləcəyəm ki, ölmüyüb, sağdı Azərbaycanda İslam