Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Qaraqan - Sen yoxsan - (F.Eliyev) - Qaraqan - Sen yoxsan - (F.Eliyev) | Текст песни

Sən yoxsan, qaranlıqda axtardım səni mən, tapmadım..
Açıq pəncərədən şəhər necə də gözəldir,
Ağladım, yadıma saldım o anları,
Və düşündükcə içimə getdim, qapını bağla, sus..
Sən yoxsan..
Çatlaq ömrün divarlarını bürüdük ağ kağızla,
Gizlətdik palçıqlı kərpicləri..
Əhatə dairəsindən xaricdə mənim ürəyim, söndürülüb,
Bəsdi zəng elədiz, bezdirdiz..
Sən yoxsan, vərəqlərim qalıb boş,
Mənim həyatım qalıb boş..
Hədəflərim artıq yox..
Mən indi daş heykələm insanların içində,
Mənə baxıb gülürlər, onlar bilmirlər ki, tənhayam mən,
Sənsizəm mən, sən yoxsan..
Kimə danışım fikirlərimi?!
Axı biz seçilmişdik, hər kəsdən ayrı idik, gizlənirdik,
Biz yaratmışdıq yeni bir dünya,
Çiçəklənirdi, yaz gəlirdi, sevinirdik..
İnanırdıq, gözləyirdik..
Sən yoxsan, ən çox lazım olan anda,
Sən yoxsan, sənsiz azadlıqda zindan..
Sən yoxsan, sən yoxsan..
Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim..

Yoxsan, ən çox lazım olan anda,
Sən yoxsan, sənsiz azadlıqda zindan..
Sən yoxsan, sən yoxsan..
Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim..

Yoxsan, ən çox lazım olan anda,
Sən yoxsan, yaddaşım səni basdırmır..
Hələki sağsan, bacarmıram, gizlətmirəm,
Utanmıram, peşiman deyiləm etdiklərimə,
Amma sən peşimansan, amma yoxsan..
Sənsiz keçən hər gecəm mənim,
Bakı dəyişib, dəyişib insanlar, mənim hisslərim..
Dəyişib dəmir yolundakı qatarlar, amma ki, yollar eyni,
Dəyişib əvvəllər və ortalar, amma ki, sonlar eyni..
Dəyişib geyimlər və bəzəklər,
Dəyişib mahnılar, dəyişib insanlar və hədəflər..
Dəyişib arzular, dəyişib hər şey həyatımda, özümdən başqa,
Yoxdu kömək, yoxdu əlac, bircə dözümdən başqa..
Sən yoxsan..
Bu gün sənin yoxluğunla biraz barışmışdım,
Bir az öyrəşmişdim, sənsizliyimə alışmışdım..
Qarışmışdı gündüzlər gecələrlə,
Yorğun ayaqlarım ayaqyalın boz küçələrlə..

Yoxsan, ən çox lazım olan anda,
Sən yoxsan, sənsiz azadlıqda zindan..
Sən yoxsan, sən yoxsan..

Qaraqan - Sen yoxsan - (F.Eliyev)
Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim.. (2)

Bir neçə saat səni mən axtardım,
Bütün siyirtmələrə baxdım..
Bütün otaqları gəzdim, tükəndi səbrim..
Və dəftərimi bağladım, deyəsən yazmayacam bu gün heç nə..
Axı səni tapa bilmədim mən..
Səhifələr necə də boşdu, ürək doldu da

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
Нет видео
-