Yandır iPod`u, söndür dünyanı Qoy bu gün bizə heç kəs mane olmasın İcazə ver səni möhkəm qucaqlayım Qış mahnılarında sənə soyuq olmasın İcazə ver səni dərinə aparım Dərinə hoparam, mən sən olaram Və yanından keçən o özgə adamlar Bilmirlər nə deməkdi mahnıyla yaşamaq Mahnıya xoş gəldin, birazca darısqaldı Ama ikimizə bəs edər iki qulaqlıq Gözlərini yum, hər şeyi unut Burda tək sən varsan, bir də mən varam Bir də piano, başqa bizə nə lazım? Axı biz azadlıq axtarırdıq, azadlıq Rahat ol, keç içəri, sağda yataq otağı Solda mətbəx, hə, burda da ki, nəqarət
(Nəqarət: Qaraqan) Bu bizim mahnımız, gör necə süzülür ruhumuza bu səslər Sözüm bitməyəcək dolmamış dünyadakı son dəftər
(verse: Qaraqan) Həyat qəribədir, mən lap qəribəyəm Hələ də talehdən nə istədiyimi tam bilmirəm Pul, ev, ailə, iş, maşın Ya da rəqs eliyim altında yağışın Burdan qaçmaq lazımdı çantaya toplayıb bir neçə xatirə Burdan qaçmaq lazımdı, iç səbəbləri nəticələri qus Mənim üçün Bakının ikinci adı qış Bu şəhər məni dəyişir, qanadlarımı qırır, adiləşdirir Bahalı vitrinlər salır öz tələsinə Yarı yolda atanlar öldürür həvəsimi Və sonda anlayırsan, hamı atıb gedəndə Qalanda tək, qəlb tüpürəndə, ağrılar Ən sonda anlayırsan, hamı atıb gedəcək Qalacaq bir neçə megabyte mahnılar
(Nəqarət: Qaraqan) Bu bizim mahnımız, gör necə ruhumuza süzülür bu səslər Sözüm bitməyəcək dolmamış dünyadakı son dəftər