Verse 1: Göydə Allahdan başqa nə var ?! Bombalar tökən təyyarələr Mən toxundum o körpənin gözyaşlarına və istisi buz qəlblər əridər Yerdə padşahlar olur Allah. Mən nifrətimi boğuram içimdə Deyirlər çıxıb təp-təzə qandallar, gözə görünməz, zərif və incə Bizi tulluyublar atalar, analar. Yol göstərmədən nədi səhv nədi düz Bizə deyiblər ki, var 100% bumbuz qarların sonunda günəş və yaz Yaz qələm, bu bəmbəyaz kağızı külə döndər, bağlayıb məktubda gülə döndər Biz inanmırıq savablar xilas edər? ay Allah savablarımızı pula döndər Avtomagistrallar, meqapolis sərt. Qanunların övladları qaranlıq Bizə 100 rəngarəng işıqdan gözəl. Biz arzularını unutmuş adamlar Biz vicdanı Brioni-ə satanlar. Biz sevirik sərxoş, isti bədənlər Biz axtarırıq fərqli qucaqlarda ailə, dəyişirik yeni yeni yeni vətənlər Və hərdəfə qayıdıb eyni nöqtəyə, radio xışıltısı qədər dəyərsiz sözlər Məni kövrəldir bəzi köhnə filmlər, məni qızdırır bir neçə doğma gözlər Mən artıq olmuşam anlaşılmaz qida, ilham pərisi digər yazanlar üçün Əməllərimi anlamır hətta mələklər, günah-savab dəftərlərim qaralamalara çevrilib Nəqarət: Qal yanımda, tut əlimdən Sənə göstərəcəm ulduzlar, boş səmada təyyarələr Qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar Metoridlər, planetlər, orda kraterlər, qayalar Amma sənə yalvarıram dost yalvarıram soruşma Qal yanımda, tut əlimdən Sənə göstərəcəm ulduzlar, boş səmada təyyarələr Qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar Metoridlər, planetlər, orda kraterlər, qayalar Amma sənə yalvarıram dost yalvarıram soruşma bəs Allah hanı?! Verse 2: Tanrısız səmalar necə qaranlıq biz küçəyə atılmış körpələr tək Soyuq ulduzlarla dolu kainat və canlı olan kiçik bir nöqtə Yazılır şeirlər, çəkilir ağrılar. Bəziyir misraları illər Və soyuq mərmər altında doğmalar, bilmir nə vaxt gətiririk onlara güllər Anacan mən öyrənmişəm yalanı, atacan deyəcəmki inanıram Mənim üzümdə saxta bir təbəssüm, mənim ürəyimi parçalar ağrılar Deyirlər başqa şəhərlərdə axtar, deyirlər tələs, vaxt azalır, artır yaş Qaçmaq lazımdı buralardan ancaq, gələcək sənin hara gedsən güclü yaddaş Musiqi bizim gizləndiyimiz bunker, həyat həqiqətlərinə qarşı dərman Şeirlər sanki güclü ağrıkəsici, tanrısı bilinməyən səmimi dualar Qadınlar - bizim inandığımız yalan, ehtiras - yeganə şanskı dayansız zaman Səmalar doludur minlərlə işıqla, milyon il əvvəl sönmüş ulduzlardan qalan Nəqarət: Qal yanımda, tut əlimdən Sənə göstərəcəm ulduzlar, boş səmada təyyarələr Qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar Metoridlər, planetlər, orda kraterlər, qayalar Amma sənə yalvarıram dost yalvarıram soruşma Qal yanımda, tut əlimdən Sənə göstərəcəm ulduzlar, boş səmada təyyarələr Qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar Metoridlər, planetlər, orda kraterlər, qayalar Amma sənə yalvarıram dost yalvarıram soruşma bəs Allah hanı?!