Quru qamışdan hörülmüş gəmisində Yeni Dənizlər axtarır Soyuqla özgə dalğalar arasında o yenə tək qalıb Ayaq altı sular çox dərin Dadıb xoşbəxtlik tanıyıb dərdi Gəzir ölüm hər tərəfdə Ləpələr gətirər yelkəninə küləyi sərin Hərə öz kiçik daxmasında bu həyata bağlanır Yüzlərlə insanların arasında Ama əslində tək qalır Xoşbəxtlik yada bədbəxtlik Hər kəs yaşayır kiçik hekayəsin Həyatdan ölümə gedən yol qısa Bir neçə addımlıq məsafəsin Məndə bu dalğaların arasında yeni ümidlər axtarıb Maraqsız boz günlərin arasında rəngi mahnılar yaradıb Sev, unut, nifrət elə, görmə, hirslən Amma səni rəngləyəcək dəli rəssam...
Gör, necə günəş gətirər Ümidlər Bax, bizi çağırır göylər qayıdırıq Evə Gör, necə gecə gizlədər, sevgilər Biz, yaşayırıq bir təhər, yaşayırıq birtəhər