Qaranlıq otaq, 4 divar Ayselin gözlərində daşa dönmüş arzular var Yenə təkdi, qapısı bağlı arxadan Yenə təkdi, onu yoxdu yada salan Qaranlıq, valideynlər, davalar, söyüşlər Ailəvi şəkillər, yalançı gülüşlər Kriminal dram əsərinin səhnələri Ayselin otağının bağlı pərdələri Məktəb dəftərləri, qiymətlər, imtahan Kaş biləydi müəllimlər ki, evdə ona uddururlar qan Qaraqan, H.O.S.T, qulaqlarda mahnılar Ancaq onları dinləyəndə bitir ağrılar Ana şillələri, ata zərbələri Aysel gündəliyindən cırır səhifələri Hardasan H.O.S.T ? Məni valideynlərdən qurtar Yumub gözlərini təkrarlayır bu kəlmələri
Mən azadam, mavi səmada göyərçin Mən azadam, qanadlarım artıq güclü Mən azadam, qıracam bu qəfəsləri Mən mələyəm, vətənim göylərdir Mən azadam, mavi səmada göyərçin Mən azadam, qanadlarım artıq güclü Mən azadam, qıracam bu qəfəsləri Mən gedirəm, məni heç kəs gözləməsin
Güzgünün qarşısında qara kapuşon Aysel bu gün bütün şoulara qoyacaq son Bezib artıq valideynlərdən qorxmaqdan Düz 18 il evdə ev heyvanı olmaqdan Bezib qadağalardan, bayıra çıxmaq olmaz O sanki əşyadı, satılır, əl vurmaq olmaz Olmaz zənglər, dostlar, heç nə eləmək olmaz Ən böyük cinayət: AYSELİ SEVMƏK OLMAZ! Qara buludlar, pəncərəni döyür yağış Qorxular pıçıldayır, talehinlə barış! Qış əbədidi həyatında Ayselin Ağlama nə olar, ağlama Ayselim.. Yaralı qanadlar qəfəsdə, tələdə Valideynlər, davalar, yenə də, hələ də Qara gözlər bezib eyni mənzərədən Bu gecə Aysel uçacaq pəncərədən Mən azadam, mavi səmada göyərçin Mən azadam, qanadlarım artıq güclü Mən azadam, qıracam bu qəfəsləri Mən mələyəm, vətənim göylərdir Mən azadam, mavi səmada göyərçin Mən azadam, qanadlarım artıq güclü Mən azadam, qıracam bu qəfəsləri Mən gedirəm, məni heç kəs gözləməsin
Bir milyon qız bu dəqiqə eyni vəziyyətdə Bakıda, kəndlərdə çəkirlər əziyyətlər Bağlı otaqlarda bir milyon Aysellər, Fidanlar, Səbinələr, Leylalar, Aytənlər Ədalət, qızlar və oğlanlar bərabər! Kaş bunu anlayaydi mehriban valideynlər Adətlər yaşayır, məhv olur talehlər Bir milyon qız şikayətçimdi talehdən
Azadliq! Bu nə exlaqsızlıq, nə tərbiyəsizlik! Azadliq! Qızlar da insan kimi yaşamaq istəyir! Azadliq! Bu hər bir vətəndaşın saf hüququ! Qadınlar nə dustaqdı, nə düşməndi,