Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Qaraqan(H.O.S.T) - Oz Dunyam | Текст песни

Mənim içimdəki dünyadan da məni qovanda qəlbim,
Anladım ki, bu dünyanı eləməliyəm öz dünyam..
Xəyallarda yaratdığım şahzadənin,
Çıxdım axtarışlarına boz binaların altında..
Döyüşlər ölümlərlə üz-üzə, dəqiqələrin rəqsi,
Cəllad oldu əqrəblər, saatlarımın başını kəsdi..
Keçdi günlər, tapdım ümidi mahnılarda gecələrim,
Neçə soyuqda, neçə payızda gecəni küçədə gecələdim..
Qaraladım, səpələdim sətri, doldu səhifələr,
Mən ümidi bağladım zəncirlə, qaçmasın bu həftələr..
Bu pərdələr cırılacaq, bu divarlar da söküləcək,
Düşmənlərim bağışlanmaq arzusunda düzüləcək..
Mən inana bilmirəm ki, tab gətirər başqa kimsə, bu qədər dərdə,
Beynimin hüceyrələrini dağıdır şeytan şübhələrlə..
Qapısı bağılı Yaradanın, daş atanda pəncərəsinə,
Tutdu qəzəbi, qırdı qanadı, tulladı insan dərəsinə..

Beləcə keçirdi günlərim..

Mən gəlməmişdən əvvəl mələklər verdilər silah,
Bu istedaddı, sanki çiyinlərdə görünməz qanad..
Bu istedaddı, köməyim olur, amma qoymur yatmağa,
Mən gəlməmişəm şair olmağa, ya da ad ucaltmağa..
Məndən zəhlən getsin, nifrət elə, istəsən söy məni,
Necə danışmasın dilim, əgər görürsə gözlərim?!
Necə gülüm mən, əgər ağlayırsa, yetim körpələr?!
Necə xoşbəxt olum, qəribəmsə, doğma bölgədə?!
Bir qış, bir albom, yalnız içimdəki hisslər,
Mənə sual vermə, cavabını artıq verib gözlər..
Mənə kömək olma, sonda minnət edəcəksənsə,
Nəyə gərəkdi qürur, axır-əvvəl sevəcəksənsə?!
Boş sualların cavabları da boş,
Boş inamların savabları da boş, Allahları da daş..
Gözlərində qış..
Neçə təbəssüm intiharlarında taqətsiz,
Yolçu qəlbim yollar ortasında istiqamətsiz..

Beləcə keçirdi günlərim..

Qaraqan(H.O.S.T) еще тексты


Другие названия этого текста
  • H.O.S.T (QaraQan) - Oz dunyam (0)
  • Qaraqan(H.O.S.T) - Oz Dunyam (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1