Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

[ Rəşid Behbudov ] - Qara qız | Текст песни

http://vk.com/azerbaycanmusiqisi

İSLAM SƏFƏRLİ – AY QAŞI, GÖZÜ QARA QIZ!

Göy çəməndə ötür turac,
Sübh açılır, gülür yamac.
Başındakı örpəyi aç,
Saçlarını yan dara, qız,
Ay qaşı, gözü qara qız!

Ay nuru salır kəndə
Biz eyvanda görüşəndə,
Toyumuzdan söz düşəndə
Gəl naz eləmə yara, qız,
Ay qaşı, gözü qara qız!

Bu gün məhsul bayramıdır,
Gözəl payız axşamıdır,
Deyib-gülmək əyyamıdır.
Geyin-keçin al-xara, qız,
Ay qaşı, gözü qara qız!

Musiqi: Cahangir Cahangirov

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
Нет видео
-