Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ramiz Tekani Neca barisim bu zamanla [www.ya-ali.ws] - [www.ya-ali.ws] | Текст песни

Ədalət şam kimi əriyir, ALLAH
Zor haqqı divara dirəyir, ALLAH
Yalan ayaq açıb yeriyir, ALLAH
Bacara bilmirsə doğru yalanla
De, necə barışım mən bu zamanla?

Mərdlərin başını namərdlər yeyir
Şərə göz vermiyib, göz yumur xeyir
Gədalar özünə şahən şah deyir
Yaxşılar iş görür pislə, yamanla
De, necə barışım mən bu zamanla?

Ürəklər soyuyub olub buz kimi
Namus çeynənilir bir saqqız kimi
On ilin pozğunu təmiz qız kimi
Gəlin köçürən var toyla, nişanla
De, necə barışım mən bu zamanla?

Bığsız kişiləri, el ağsaqqalı
Elmdən dən vurur ağıldan kalı
Pələngə tay olub çaqqal, çuqqalı
Qoyunu aşnalıq edir qabanla
De, necə barışım mən bu zamanla?

Qeyrət çoxları üçün olub qeyri-ət
Bir milyon qaçqını olan bu millət
Dözüb, səbr eyləyir dəhşətdi-dəhşət
Yuya bilmiriksə biz qanı-qanla
De, necə barışım mən bu zamanla?

Ramil Səfərova azaddıq, hanı?
Verdik yad əllərə o mərd oğlanı
ALLAH yerə soxsun azərbaycanı
Bu həyalı canla, bu həyacanla
De, necə barışım mən bu zamanla?

İndi bir şüar var, yaşasın rüşvət
Başda vəzifədir, ayaqda qeyrət
Bu yolla haraya gedir bu millət
Yolu kəsmək olmur hətta Quranla
De, necə barışım mən bu zamanla?

Ata, anasını oğraşlar bu gün
Qocalar evinə edirsə sürgün
Qarabağ alınar? Bu qeyri-mümkün
Dünyanı titrədən ahu fəğanla
De, necə barışım mən bu zamanla?

Hər kəs öz xeyrin güdür həyatda
Bu işə ALLAH da mat qalıb hətta
İki doğma qardaş bu damın altda
Bir ocaq yandırır iki qazanla
De, necə barışım mən bu zamanla?

Haqqa yox, indi nəfsədir etiqad
Bir kimsə yoxsula etməyir imdad
Varlı öz dövlətin çəkdirir ey Dad
Kasıb öz çəkisini çəkən qapanla
De, necə barışım mən bu zamanla?

Varlı süfrəsində olan tox milçək
Görür ac kasıbdan hörmətdə yüksək
Pul üçün fağıra hansısa eşşək
Əgər əmr edirsə xoruz tək banla
De, necə barışım mən bu zamanla?

Kasıb nə deyirsə, əşi deyirlər
Dəlidi, işləmir başı deyirlər
İndi dövlətdiyə kişi deyirlər
Mənlik ölçülürsə dövlətlə-şanla
De, necə barışım mən bu zamanla?

Yayın istisində, qışın qarında
Kişi var yaşatmaq intizarında
Neft-qaz ölkəsində qul bazarında
Eşşək tək işləyir çulla, palanla
De, necə barışım mən bu zamanla?

Avropa dəbinə olandan kölə
Ar zibil şəklində atılıb çölə

Другие названия этого текста
  • Ramiz Təkani - De necə barışım mən bu zamanla (1)
  • Ramiz Tekani Neca barisim bu zamanla [www.ya-ali.ws] - [www.ya-ali.ws] (0)
  • Ramiz Təkani - De, Necə Barışım Mən Bu Zamanla? (0)
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-