Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Rap Out Clan (Okaber) - 8 Mart | Текст песни

Baharın təravətini gətirən rüzgarın sərinliyi,
Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi,
Sevginin dərinliyi paranoia, düşünür qoca,
Onun sevgisi satdığı güllər kimi vəfasız, adi, olduqca mənasız,
Solduqca ömrü azalan güllər qalır dünyasız,
Lakin qoca nikbin və budur 8 Mart,
İncə yaranmışların həyatına bir damla sevinc gətirən vaxt.
Bu gün çox gül tapır əksini və utanır səbəbsiz,
Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz,
Dağıdır fikirləri, ətrafı bürüyən ətirləri,
Şəhərin küləkləri aparır uzaqlara pak sevgini, yaşadır
nağıllarda,
Danışır uşaqlara, yaşadır arzularda və şirin yuxularda,
Görüşənədək,
Əlvida...
Və sevgililəri sevindirən satdığı çiçəklər,
Bir döyünən ürəklər üçün yaranan təbii istəklər,
Sevinir qoca, ani olaraq qarşısında dayanan cavan oğlanın sevincinə şərik olmaq üçün gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq,
Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq, tamam başqa bir müəmma, başqa bir təbiət, aləm, yer, göy,
Başqa bir səma.

❖ ❖ ❖

Rüzgarın təravəti gətirir uzaqdan baharı xatırladan
ətirləri,
Lakin yağış isladır insanları günah kimi gizlədən
çətirləri.
Məktublarda sətirləri dəfələrlə oxuyan bu cavan oğlan
görüşə tələsir.
Unudub varlığını, xəstəliyinin ağırlığını,
Düşünür: "Axı, bu gün o görüşə gələsi,
Onu dünyalar qədər sevirəm, gözləməsin,
Bir saniyə belə qalmasın tənha,
Onun göz yaşlarında bataram günaha.
O körpə kimi pak, kövrək, saf."
Oğlanın özü təyin etdiyi görüş yeri,
Bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti
paraqraf.

❖ ❖ ❖

Yolun astanasında dayanan qız olanlardan xəbərsizdi,
Onun gözləri adi, nə sevinc, nə kədərsizdi.
"Sevgim qədərsizdi" - fikirləşib oğlan yaxınlaşır,
Həyəcandan əsir əlləri, içində ürək alışır.
Onun qeyri-adi davranışı, əlində bir dəstə gül,
Qızın marağına səbəb olur, bu ruhi xəstə
Gülləri uzadır əllər, amma qız tanımır oğlanı,
Getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq,
Qəbul etmir hədiyyəni.
Çıxıb getmək istəyir,
Oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir.
Boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı,
Gülləri yerə atan əllər indi boğur qızı.
Öldürdü, yenə sevgilisinə oxş

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
  • Həkim a.k.a Toni ft. Rap Out Clan (Okaber ... Həkim a.k.a Toni ft. Rap Out Clan (Okaber ...
    Rap Out Clan (Okaber) - Nifrətimə görə bağışla ... Rap Out Clan (Gambit,Burito, Lans ...
  • Rap Out Clan Okaber) - Bu Sadece Heyatdir ... Rap Out Clan Okaber) - Bu Sadece Heyatdir ...
    cover edit: MAD WOLF Okaber - Bu Sadece Heyatdir albom: Bashliqsiz Setirler.
  • Okaber-8 Mart Okaber-8 Mart
    Okaber-8 Mart ... <3 OKABER <3 ... Okaber Vseqda Birinci Yer ... Okaber - Shokolad ...
  • Okaber - Pianoçu Okaber - Pianoçu
    Artist : Okaber (Rap Out Clan) Album : Başlıqsız Sətirlər Mixing & Mastering : Synaps Production ...
  • Okaber - Hər Günah İz Buraxır Okaber - Hər Günah İz Buraxır
    Artist : Okaber (Rap Out Clan) Album : Başlıqsız Sətirlər Mixing & Mastering : Synaps Production ...
  • Okaber - Axtarma Okaber - Axtarma
    Produced by Create Pro Facebook: http://facebook.com/okaber Design ... Rap Out Clan ...
  • Okaber Sylvia Ganush Okaber Sylvia Ganush
    Okaber Sylvia Ganush. ... Okaber (Rap Out Clan) - Başlıqsız Sətirlər (EP, 2011)by Yeezy Proof ...