...Qələm və kağız mənəm Düz deyən dil, ağız mənəm Yazılan bu sətir mənəm Pozulan hər fikir mənəm Fikri pozan silgi mənəm Xəyanət və sevgi mənəm Ayrılıqda qalan mənəm Həqiqet və yalan mənəm Yalanı doğru sayan mənəm Qan içərək doyan mənəm Tərəf, oyan, buyan mənəm Dur, yuxudan oyan mənəm Panteist ve sufi mənəm Nəsimi, hürufi mənəm La-Məkanin hərfi mənəm Əla, yaxşı, kafi mənəm Müsbət mənəm, menfi mənəm Aşkar mənəm, məxfi mənəm Bəşəriyyetin səhfi mənəm Kulliyətin məhvi mənəm Dünən, bugün, sabah mənəm Pak, baatil, günah mənəm Şeyriyyatın məmləkətinə hökm eliyən şah mənəm Vulqar, söyüş söyən mənəm Jarqon, özünü öyən mənəm Taxta qapıma əl vurarsan, dəmir qapını döyən mənəm Başlıqsız sətirlər mənəm Son əsatirlər mənəm Ifa olunan notlar mənəm