Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Rasim Müzəffərli & Gündüz Bakılı - Üzü küləyə | Текст песни

ÜZÜ KÜLƏYƏ
Rasim Müzəffərli (1995)

Kimsə dayanıbsa sənin yolunda,
Kimsə yapışırsa sənin qolundan,
Qorxma, ürəkli ol, çıx bu oyundan...
Qoyma səni yıxa kimsə kürəyə!
Gəlin, gəlin, gəlin çönək üzü küləyə!

Düşünmə nə vaxtsa olanlar keçir,
Külək səhvlərini gətirir bir-bir,
Arxadan gələnə üzünü çevir,
Qoyma səni yıxa kimsə kürəyə!
Gəlin, gəlin, gəlin çönək üzü küləyə!

Susmaq istəməyən ağzını yummaz,
Qaçmaq istəməyən kənarda durmaz,
Özündən dönməyən özgədən ummaz...
Susma, qaçma, dönmə, düşmə tələyə!
Gəlin, gəlin, gəlin çönək üzü küləyə!

Rasim Müzəffərli & Gündüz Bakılı еще тексты


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-