Sən getdin, elə bil dünya boşaldı.
Yaz da köçüb getdi yeri boş qaldı,
Bahar ürəyimi sənsiz qış aldı
Mən yaza vurğunam, qışı neylərəm..?
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir könül nəyimə gərək..?
Soyuq daşa döndü o gündən ürək
Sinəmdən asılan daşı neylərəm..?
Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük,
Üstünün qaşıyla tanınar üzük
Əgər üzük yoxsa, qaşı neylərəm..?
Niyə yaşayıram, mən niyə sənsiz..?
Nə yerə baxmaram, nə göyə sənsiz…
Mən ki, kor olmuşam hərşeyə sənsiz,
Kor gözün üstündə qaşı neylərəm..?
Rasim Müzəffərli еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1