Nə səbəb var,niyə birdən-birə çıxdın getdin?
Bir söz üstündə könül mülkümü yıxdın,getdin.
Ən gözəl günlərimi mən yaşamışdım sənlə,
Sən isə qəlbimi atəşlərə yaxdın,getdin.
Ruhumu şad eləməkçün sənə verdim ürəyi,
Onu cansız sanıb ovcundaca sıxdın,getdin.
Gözümün yaşı silib surətini rəsmindən,
Sən də ömrümdən həmin rəsm tək axdın,getdin.
İncidin,küsdün,ayırd eyləyə də bilmədim heç,
Mənə nifrətlə həmin gün necə baxdın,getdin.
Zalim,üzdün Raufu,heç nədən incitdin onu,
Bəlkə onsuz yaşamaqçünmü darıxdın,getdin?
Rauf Biləcərili еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1