Yadımdadır, sən mənə deyirdin fikir vermə, Mən deyirdim axı necə buraxım bunu belə, Ətraf özü düzəlməz gərək mən düzəldim. Amma, vaxt keçdi sən diyən özüm düzəldim. Ətraf indi ayrı, sətirlərim həmin Az qalmışdı itirim tələbəlik illərin, Amma, yenə də sən, qoymadin qalım darda Bakıya qış gəldi, apardı səni qarlar. İndi suallarıma boş küçələr tapa bilməz cavab, Dilimə nə qədər söz gəlirsə, səbəb ürəyim xarab. Hələ də buludlar damın üstündən tələsir hara? Ən çətin günlərimdə qoymadın tək qalam. Elə bil əlimi buraxdın mən uşaq tək şəhərdə, Tanımıram heç kəsi mən. Bura özgədir bəlkə də Mənə yaxın kölgələrdi kövrələrdim görəndə Şəklini divarda. Xahiş edirəm qal da!
(x2) Bakıya yağır yağış. Sonu yox... yağışların Ürək səssiz qalıb bir anlıq. Kaş ki, məni aparardın
Məni görsən deyərdin: “Səbrin olsun, Qoy gücün əsas, dilində sətrin olsun, Sən dəlisən, dəli ürəyin olsun, Cavansan. Eybi yox. Səhvin olsun” Mən görsən deyərdi yox deyərdi gözlərin. Niyə tələsir buludlar? Əllərin əsir, Yadımdadır sözlərin, yadımdadı səsin Məni bağışla! Yoxluğun damarımı kəsir. Mən danışıram payızla. Niyə qış qəddardır? Küçələr, səmalar, parklar dardır Getməyin səbəbi denən varmı? Mənə soyuqdu. Səbəb o qardı Sənə aparan bu yollar buz bağlayıb. De nə olar? Hardasan? Qaçım arxanca Səni bir gün tapacam!
(x2) Bakıya yağır yağış. Sonu yox... yağışların Ürək səssiz qalıb bir anlıq. Kaş ki, məni aparardın