Üzüyümün qaşı firuzədəndir Könlüm açılmayır bu gün, nədəndir Yaman gündə dost əlindən bərk yapış Dünyanın həvəsi keçib gedəndir Dünyanın həvəsi keçib gedəndir
Bizim bağlar, çöllər xoş bir tamaşa Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa ömrün yolları Birlikdə yorulmaz vurarıq başa Birlikdə yorulmaz vurarıq başa
Bulud gələr, çiskin çiler, çən eylər Yar yarından ayrı düşsə qəm eylər Sevgilimdən necə qalım aralı Bir baxışla qəlbə yüz məlhəm eylər Bir baxışla qəlbə yüz məlhəm eylər