Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

RG - Soz Onu 2016 ( Söz Önü ) | Текст песни

Bənd - 1

Həyat zülm əyir, şeytan gülümsəyir,
Günahlarım mənim ona verə bildiyim tək mənəvi qida.
Günüm sehir,
Duman zehin,
Yaşam şeir,
Ölüm seyr edir səni.
Bu qələmlə bilərsən, çox çəkməz ədam,
Mən yadam ata burda,ya da,atım bunu da.
Mən damcıyam, bura quyudu dibinəkimi qurudu!
Burda əmir xətası, əzasi quludur,
Burda səbir əsassız,kasası doludur!
Bizim işimizdir mikrafona hey təb tökək.
Zaman bənzər paliqona, yerimiz cəbhə çökək,
Menim qorxum rəbbə tək, zaman qaç qəbirə çək.
İnsanın əsl üzü açılır qalanda təkbətək,
Ölümlə əyridi yol, önümdə çətin, geriyə dönüm mən, çəkdirilən zülümdə könüldən.
İt qurtla qaçdı-tutdu gərəyə dönüb, həm kim dediki #TheSaint4 hə, andlarından dönüblər?!

Nəqarət (x2)

Həqiqəti bilmək üçün dörd aç gözünü.
Başa sala bilmərsən hər adama düzünü,
Mən qafiyəmi düzüm dirilsin söz, ölü sözün sezonu yox varsa söz önü.

Bənd - 2

Bilirsən elə mənə belə mane olan mənim özüməm,
Fərsizi mən, yersizi mən, yenə əksinə hər axını tərs üzürəm.
Səhnədə dilimdən söz, bədənimdən tər süzülür,
Bu saqqallı qəribə tip deyir həyatın tərs üzünü.
Seçmə sərt çözümü, edərsən pərt özünü,
Ağlamaqdan anamım gözündən yenədə fər üzülür.
Dağılar şər çözülüb, həyat yerə sər közünü,
Taparıq birtəhər hüzuru.
Biz heç vaxt düşməmişik dalıyca uğurun,
Bizlər oyuncaq oğlum, pul, biçaq, oyun alcaq, qan boğulur.
Şirindi can, ona görə giclər vicdan yoxsulu,
Əgər içdən toxsunuz, bilirsiz, ölümlü insan doğulur!
Yazsaq doğrunu nizam pozulur,
Dediyimə lazım izah, yazdığım mizah yozulur!
Lakin silib tozunu, hazırlıyıram tam özümü,
Görürsən hər itkinin ancaq zaman çözümü!

Nəqarət (x2)

Həqiqəti bilmək üçün dörd aç gözünü.
Başa sala bilmərsən hər adama düzünü,
Mən qafiyəmi düzüm dirilsin söz, ölü sözün sezonu yox varsa söz önü.

Другие названия этого текста
  • RG - Soz Onu 2016 ( Söz Önü ) (0)
  • Vena Music - Soz (0)
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-