Fikrindən gecələr yata bilmirəm Bu fikri başımdan ata bilmirəm Neyləyim ki, sənə çata bilmirəm Ayrılıq, ayrılıq, aman ayrılıq Hər bir dərddən olar yaman ayrılıq
Uzundur hicrindən qara gecələr Bilmirəm, mən gedim hara gecələr Vurubdur qəlbimə yara gecələr Ayrılıq, ayrılıq, aman ayrılıq Hər bir dərddən olar yaman ayrılıq