Sən bir ötən sevgi tək unutdun məni Qəlbimdə çox incidim sən gedən gündən Ağladım sevgimizin gözlərində mən İndi yalnız qalmışam həsrətində bil.
Hər bir ötən səhərdə gözlədim səni Hər bir itən günlərdə özlədim səni İndi dünyamda belə dəyişsə məni Səninəm bilki hər gün, hər zaman sənin.
Səninəm illər ötüb keçsə də bilki, yalnız səninəm. Məndən uzaq düşsən də sənsən məni düşünən Ömrümün ən gözəl şirin nəğməsisən. Onu bil, illər ötüb keçsə də bilki yalnız səninəm Mənnən uzaq düşsən də sənsən məni düşünən Ömrümün ən gözəl şirin nəğməsisən.
Sən ayrılıb getsən də ömrümdən belə O ən gözəl arzular səsləyir səni Payızda ayrı düşən bir yarpaq kimi Soluram o sevgidən ayırma məni.