Pis adətdir qəlbləri sındırmaq,
Boş söz atıb könül bulandırmaq.
Dedi-qodu eliyir yadlar,
Belə getsə ürəyim partlar.
Paxıllığından çıxa qoy gözlər,
Bezdirib məni atmaca sözlər.
Aşiqi yardan eləmək olmaz,
Sevən kəs sevəndən ayrı qalmaz.
Yar istər atar məni,
O bilər, mən bilərəm.
Ya da bərk tutar məni,
O bilər, mən bilərəm.
Söhbət axır o yerə çatdı,
Dəydi aramız, o məni atdı.
Dəxli yox bunun heç kəsə indi,
Küsməyim cəmi bircə gündü.
Kimsə məni qınaya bilməz,
Onu mənimtək tanıya bilməz.
Aşiqi yardan eləmək olmaz,
Sevən kəs sevəndən ayrı qalmaz.
Yar istər atar məni,
O bilər, mən bilərəm.
Ya da bərk tutar məni,
O bilər, mən bilərəm.
Rəqsanə еще тексты
Другие названия этого текста
- Reqsane - O biler men bilerem (1)
- Rəqsanə - O bilər mən bilərəm (0)
- ♥seni - sevirem♥ (0)
- ☺ NIKO + ALINA ☺ - O biler men bilerem (0)
- Rəqsanə - O bilər mən bilərəm (0)
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1