Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Rüzgar - Ado | Текст песни

Pesni.guru - сайт для Гуру

Bitsin aramızda nə varsa, çünki heçnə olmur,
Gedəndən o qədər qızla danışdım ki, unudulasan,
Amma xeyiri yoxdu, Rüzgar səni fikirləşir,
Səndən başqa hamını unudur asan.
Məni sən belə başa düşmək istəmirsən, neyniyim?
Leylim, sən gedəndən bəri hər şey eyni,
Mən axı kimə deyinim ?
Heç olmasa maraqlanardın ki, Rüzgar hardadı və nə iş görür, neyniyir ?
Ou dəhşət, 4 il əvvəl tövbələnmiş nəişə,
Qurudur beyini bəlkə fikirlərimi dəyişər.
Mənşəl yandıranda belimi dilim-dilim,
Və sən getdin, gedən gündən qucaqladı məni şər.
Hər işə burnumu soxdum qısqanclıqdan,
Sən dedin bütün bunlar xeyir vermir nə işə ?
Mən dedim mənə lazım deyil xeyir şər mənim,
Sıxır bu şəhər məni, sıxır bu şəhər məni.

Hər dəfə biz küsəndə ilk addımı mənim atacağımı sən bilirdin,
Mənə verdiyin üzüyü mən atmışam düz 1 ildi.
Hər dəfə əllərini tutanda o soyuqdur bunu hiss edirdin özündə, (Boş ver)
Əsas odur mənim ürəyim istidir o səni hiss edir.

Tək qaldım, sən də tək qaldın?
Gəl kömək elə, qoyma bu yükü tək qaldırım.
Axı biz söz vermişdik ki, sənin həyatında ancaq mən,
Sən də mənim həyatımın olacaqsan tək qadını.
Ado bilirəm heç vaxt olmuyub sənin ailən,
Atan, anan, qohumlar və s.
Zəng elə yenə biz görüşək gedək sahilə,
De axı biz nə sayılırıq ki, bizi nəsə ayırır?
Aa qəribədi, doğurdan qəribədi,
Xəbərin var məndən daha çox sən tanınırsan?
3 ilin hər gününü bir nəfərlə keçirirsən,
Və birdən o bir nəfər gəlir onu tanımırsan.
De görüm nəyə görə dəyişmisən, Ado?
Bilinmir hara gedir, hardadı, bu harda olur?
Qoşulub sektor uşaqlarına orda rahat olur,
De görüm bu nə həyatdı yaşayırsan, Ado, at onu?!

Eşitdim şəhərdə bir yerdə işə düzəlmisən,
VİP otaqlar, müştərilərin əl altısı.
Mənimlə qalsaydın əgər səni qoruyardım,
Və heç vaxt qoymazdım ki, biri sənə əl atsın.


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-