Sonu bu sevginin, bu eşqin hədər olsa, ölüm olsa da Sevərəm yenə, sevərəm yenə. Bizi fələk biri-birindən ayırıb min qəmə salsa da Sevərəm yenə, sevərəm yenə. Ay günəşə, çay dənizə, yer də göyə, sən də mənə, Mən də sənə gəl qovuşaq arzulara, xəyallara bax. İstəmirəm ayrılığa birdəfəlik son qoyaraq birdə Yenə gəl qovuşaq xəyallara bax. Nəqarət: Qorxudur məni sevgilim ayrılıq. Fani dünyada olmasın iki şey: Ölüm,ayrılıq. Qorxudur məni sevgilim ayrılıq. Fani dünyada olmasın iki şey: Ölüm,ayrılıq.
II Demə mənə nədir məhəbbət onu bilməm, sənə Heç zaman deyə bilmərəm, deyə bilmərəm. Qapını qorxuram ki, döysəm açan olmaz mənə Sevgilim döyə bilmərəm, döyə bilmərəm. Gözləyirəm sən mənə gəl döy qapımı qoy mən açım, Getmə daha ol qonağım ölənə qədər yanımda da qal. Gəl dəyişək ömrümüzü, dünyamızı gəl dəyişək. Qəlbimizi, qəlbini ver bu qəlbimi al.
Nəqarət: Qorxudur məni sevgilim ayrılıq. Fani dünyada olmasın iki şey: Ölüm,ayrılıq. Qorxudur məni sevgilim ayrılıq. Fani dünyada olmasın iki şey: Ölüm,ayrılıq.. Qorxudur məni sevgilim ayrılıq. Fani dünyada olmasın iki şey: Ölüm,ayrılıq. Qorxudur məni sevgilim ayrılıq. Fani dünyada olmasın iki şey: Ölüm,ayrılıq.