Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Serdar Tuncer - Getmə tərsa balası (Şəhriyar) | Текст песни

Getmə Tərsa balası

İzn ver, toy gecəsi məndə sənə dayə gəlim,
Əl qatanda sənə məşşatə təmaşayə gəlim.
Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver, məndə dalınca sürünüb sayə gəlim.

Mənədə baxdın o şəhla gözlə, mən qaragün
Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.
Mən cəhənəmdədə baş yastığa qoysam sən ilə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim

Nənə qarnında sənlə əkiz olsaydım əgər,
İstımızdim doğulub birdə bu dünyayə gəlim.
Sən yatıb cənnəti röyadə görəndə gecələr,
Məndə cənnətdə quş ollam, ki o röyayə gəlim

Qıtlıq illər yağışıtək, quruyub göz yaşımız,
Kuyi -- eşqində gərək birdə Müsəllayə gəlim.
Səndə səhrayə marallar kimi bir çıx,nolu ki,
Mən də bir seydə çıxanlar kimi səhrayə gəlim.

Allahından sən əgər qorxmayıb, olsan tərsa,
Qorxaram məndə dönüb dini-- Məsihayə gəlim.
Şeyx Sənan kimi donquz otarıb illərcə,
Səni bir görmək üçün Məbədi -- tərsayə gəlim

Yox, sənəm! Anlamadım, anlamadım, haşa mən
Buraxım məscidimi, sənlə kelisayə gəlim?
Gəl çıxaq Ture --təcəllayə, sən ol celveye -- Tur,
Mən də Musa kimi, o Turi -- təcəllayə gəlim.

Şiridir Şəhriyarın şeri, əlində şəmşir,
Kim deyir mən belə sir ilə dəvayə gəlim?

Seyid Məhəmmədhüseyn Behçət Təbrizi (Şəhriyar)

Serdar Tuncer еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1