Əfsanəyə bənzər dastana bənzər Dolanıb dünyanı ürək də gəzər Arzular içimdə dilək də gəzər Şirin məhəbbətim, şirin nağılım
Gül sarılsa gülə küsgün deyildir Göy qaralsa günə küsgün deyildir Qəlb sızlasa dilə küsgün deyildir Şirin məhəbbətim, şirin nağılım
Sənin fikrin dəli etməkdi divanəmi etməkmi məni Yoxsa şama həsrət qalan pərvanəmi etmək məni Deyirsən günah məndədir söylə gülüm fikrin nədir Nə söyləsəndə behanədir çətinmidir sevmək məni
Sədaqət körpüsü çəkilən anda Məhəbbət böyüdü həmən zamanda Hələ uzaqlaşdın hiylə yalanla Şirin məhəbbətim, şirin nağılım
Biri var imişsə biri yox imiş Həyatın əzabı daha çox imiş Belə tamamlanmır gözü tox imiş Şirin məhəbbətim, şirin nağılım